"WhatsApp"la bağlı YENİ XƏBƏR

"WhatsApp"la bağlı YENİ XƏBƏRWhatsApp xidmət müqaviləsini yeniləyəndən sonra çox istifadəçi şirkəti boykot etməyi üstün tutdu. Nəticədə Telegram, WhatsApp və BiP tətbiqlərə axın başladı.

Maraqlıdır, bu tendensiya tətbiqlərin istifadəçi statistikasına necə təsir göstərib?

BiG.AZ ted.az-a istinadən bildirir ki, Telegram və BiP tətbiqlərində həm WhatsApp, həm də Siqnalla müqayisədə daha çox xüsusiyyətin olması, həmçinin bot sisteminin inteqrasiya edilə bilməsini istifadəçilər müsbət qarşılayıb. Yanvarın 1-i gündəlik 42 milyon istifadəçisi olan WhatsApp, 10 gündə onların 6%-ni itirib. Beləliklə, məşhur tətbiqin istifadəçi sayı 39,8 milyona düşüb. Həmin tarixdə Telegram-ın 4.41 milyon istifadəçisi olduğu halda, 10 gündə 272% artaraq 12.02 milyona çatıb. BiP isə yanvarın 1-i 3.94 milyon aktiv istifadəçiyə sahib idi. Son statistikaya görə, təxminən 174% artımla bu say 6.87 milyon olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1585   Tarix: 19 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş