"Özümü ilk dəfə evliliyə hazır hiss edirəm" - Nurgül Yeşilçay
Türkiyəli aktrisa Nurgül Yeşilçay "Exxen" platformasında yayımlanan "Astrolojik Şifreler" proqramında şəxsi həyatı barədə danışıb.
BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, Necati Kocabay ilə eşq yaşayan aktrisa özünü evliliyə hazır hiss etdiyini bildirib:
"İlk dəfə birindən nəsə istəyə bilirəm. İnsanın hər şeyi tək həll etməyə çalışması ağır yükdür. Necati mənim təkliyimin çarəsi oldu. Özümü ilk dəfə evliliyə hazır hiss edirəm".
Qeyd edək ki, N.Yeşilçayın yay aylarında Necati Kocabayla nikah masasına oturacağı deyilir.
Aktrisa daha əvvəl həmkarı Cem Özerlə evli olub. Onların bir oğlu var.
BiG.Az


Şou biznes Baxılıb: 1621 Tarix: 19 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş