Bölgələrimizdə də koronavirusa qarşı vaksinasiyaya başlanıldı
Respublikanın bütün şəhər və rayonlarında COVID-19 qarşı vaksinasiyaya başlanılıb.
BiG.AZ-ın məlumatına görə, vaksinasiya prosesi xüsusi ayrılmış peyvənd otaqlarında həkim nəzarəti altında həyata keçirilir.
Peyvəndlərin aparılması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.
Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda COVID-19-a əleyhinə vaksinasiyaya başlanılıb. Vaksinasiyanın ikinci mərhələsinə fevralın 1-dən başlanacaq.
Vaksinasiyada Çinin "Sinovac" şirkətinin hazırladığı "CoronaVac" vaksinindən istifadə olunur./Axşam.az
BiG.Az


Xəbərlər Baxılıb: 632 Tarix: 19 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş