Məşhur şəkildəki afrikalı uşağın İNDİKİ HALI - FOTOLAR
Dörd il öncə Anna Rinqqren Loven bir xeyriyyə aksiyasında iştirak edib. Nigeriyanın ən kasıb bölgələrini ziyarət edən qadın burada evindən qovulmuş uşaqla rastlaşıb. Uşağın valideynləri onun içinə "cin" girdiyini düşünərək küçəyə atıblar.
Aclıqdan və susuzluqdan əziyyət çəkən uşaq dəhşətli vəziyyətdə olub. Müayinə zamanı onda bir sıra xəstəliklər aşkarlanıb.
Anna oğlana su verib, daha sonra xəstəxnaya göndərib.
Qadınla uşağın fotosu dünyanı gəzəzrək hər kəsi kövrəldib.
Həmin dövrdə həkimlər uşağın vəziyyətinin kritik olduğunu deyiblər. Lakin Houp ("Hope"- ingiliscədən "ümid" deməkdir) adı verilən oğlan bütün çətinliklərə qalib gəlib və inanılmaz dərəcədə dəyişilib.
Bədbəxt hesab olunan uşaq şən, ağıllı oğlana çevrilib. O, həvəslə məktəbə gedir, idmanla məşğul olur, üstəlik gözəl rəsm çəkməyi bacarır.
Hazırda Houp xeyriyyə təşkilatının himayəsindədir. Onun qan qohumlarını tapmaq mümkün olmayıb.
BiG.AZ xarici mətbuata istinadən oğlanın yeni fotolarını təqdim edir:
Natəvan Baxşiyeva
BiG.Az


Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş