Evlilik təklifi BAHA BAŞA GƏLDİ - 84 min cərimə kəsildi

Evlilik təklifi BAHA BAŞA GƏLDİ - 84 min cərimə kəsildiTürkiyənin Antalya şəhərində 29 yaşlı İsmail Göksu adlı şəxs sevgilisinə maraqlı evlilik təklifi edib.

İsmayıl doğum gününü qeyd edən sevgilisinə atomobillə drift edərək çoxlu avtomobilin arasında evlilik təklifi edib. Gənc qız sevgilsinini təklifini yerindəcə qəbul edib.

Həmin anların görüntülər sosial mediada geniş yayılıb. Bundan sonra hüquq-mühafizə orqanları hərəkətə keçib.

Belə ki, sosial məsafə və yol hərəkəti qaydalarının pozulması səbəbilə hadisənin səbəbkarına 84,837 min TL cərimə kəsilib.

İ.Göksü dostlarından drift etməyi istəmək, içkili halda avtomobil idarə etmək, sosial məsafə qaydalarına riayət etməməkdə ittiham olunub.//Publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 840   Tarix: 19 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş