"Qarabağa qayıtmaq istəməyənlərin bütün güzəştləri dayandırılmalı, mənziləri geri alınmalıdır"

"Qarabağa qayıtmaq istəməyənlərin bütün güzəştləri dayandırılmalı, mənziləri geri alınmalıdır""44 günlük Vətən müharibəsində torpaqlarımız erməni işğalından azad olunub. Qaçqın və köçkünlərin 30 illik torpaq, ata-baba yurdu həsrətinə son qoyulub. Hazırda azad olunmuş ərazilərə böyük qayıdışın həyata keçirilməsi üçün hazırlıq işləri görülür. Dövlər bütün resurslarını bu ərazilərin yenidən qurulması və bərpasına səfərbər edib. Sürətlə yeni infrastruktur formalaşdırılır. Yaşayış məntəqələrinin bərpası istiqamətində planlaşdırma işləri icra olunur.

Yaşayış məntəqələrində yaşayışa yararlı binaların bərpası üçün inventerizasiya və dəyərləndirmə işləri aparılır. Təhlükəsizliyin təmin edilməsi işləri təşkil olunub. Ərazilərin minalar və partlayıcı vasitələrdən təmizlənməsi işləri genişləndirilib. İşğaldan azad olunmuş ərazilərdə qısa bir zamanda yaşayış üçün yüksək şərait yaradılacaq, həmin torpaqların yenidən məskunlaşdırılmasına start veriləcək. Burada yenidən məskunlaşdırılma məsələsinə gələndə belə bir sual yaranır: "Hamı azad olunmuş ərazilərə qayıtmaq istəyirmi?" Məncə, burada alternativsiz "hə" olmalıdır. Çünki, bu, təkcə vətəndaşın öz yurduna qayıtması məsələsi kimi könüllü şəkildə olmamalıdır".

BiG.AZ xəbər verir ki, bu sözləri Sonxeber.az-a deputat Azər Badamov danışıb:

"Bu, həm də bir vətəndaşlıq borcu olmalıdır. Necə ki, 90-cı illərdə biz məcbur olub o əraziləri tərk etmişiksə, indi də o əraziləri tərk edən insanlar, Bakı və digər şəhər və rayonlardakı sosial stauslarından asılı olmayaraq, Vətən qarşısındakı borcları olaraq, yenidən öz doğma yurduna qayıtmalıdırlar. Əgər 44 günlük müharibədə ordumuz qələbə çalıb ərazilərimizi işğaldan azad edibsə, indi qaçqın-köçkünlərimiz də, həmin qələbənin davamı olaraq, böyük qayıdış edib öz yurdlarında yenidən məskunlaşmaqla dəstəyini verməlidirlər. Bu gün qaçqın və köçkün ailələri dövlət güzəştləri ilə əhatə olunub. Düşünürəm ki, azad olunmuş ərazilərə qayıdan insanlara həmin güzəştlər müəyyən dövr üçün davam etməlidir. Qayıtmaqdan imtina edənlərin bütün güzəştləri dayandırmalı və hətta dövlət tərəfindən yaşamaq üçün verilmiş mənzili də geri alınmalıdır.

Dövlət başçısı qaçqınlar üçün tikilmiş yeni mənzillərin şəhid ailələrinə verilməsi ilə əlaqədar çox düzgün qərar qəbul edib. Vətən müharibəsində 2800-dən çox şəhidimiz, minlərlə əmək qabiliyyətini itirmiş gənclərimiz olub. Bu insanlar üçün dövlət güzəştləri genişlənməlidir. Çünki onlar öz həyatlarını ölümə ataraq torpaqlarımızı azad ediblər. Düzdür, dövlətimiz şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi üçün addımlar atır. Həm də bu kateqoriyadan olan insanların ev probleminin həll edilməsi məqsədilə qaçqınlar üçün tikilmiş yeni mənzillərin həmin ailələrə verilməsi qərarı qəbul edilib. Amma dövlətin verdiyi evdə məskunlaşaraq öz yurduna qayıtmaq istəməyən insanlar olsa, onların mənzilləri də geri alınaraq şəhid ailələrinə və qazilərə verilməlidir, onlara verilən bütün dövlət imtiyazları da dayandırılmalıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1937   Tarix: 19 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264