Həm anası, həmdə qızıyla sevgili imiş - Azərbaycanda İYRƏNC OLAY cinayətə səbəb oldu

Həm anası, həmdə qızıyla sevgili imiş - Azərbaycanda İYRƏNC OLAY cinayətə səbəb olduXaçmaz rayonunda sevdiyi qızın anasını baltalayaraq öldürməkdə təqsirli bilinən Samir Hacıəliyevin cinayət işi.

BiG.AZ "Ölkə.Az"-a istinadən xəbər verir ki, hadisə rayonun Şimali kəndində baş verib. Samir Hacıəliyev ailə qurmaq istədiyi qızın anası Gülnaz Sultanovanın baş və bədən nahiyyələrinə ağır xəsarətlər yetirib. Daha sonra Samir qadının hərəkətsiz qaldığını görərək onun öldüyünü güman edib və Yalama polis bölməsin gələrək həyətində adam öldürdüyün bildirib. Lakin Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qadın hadisədən 5 gün sonra dünyasını dəyişib.

İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Samir Hacıəliyev bildirib ki, 2014-cü ildə tanış olduğu Xaçmaz rayonu, Yalama kənd sakini Şəfanə Feyzullayeva ilə ailə qurmaq istəyib. 2015-ci ilin qış aylarında sevgilisi ona zəng edərək anası Gülnazın onu evdən qovduğunu və getməyə yerinin olmadığını deyib. Şəfanə ilə evlənmək fikri olduğundan onu yaşadığı evə gətirib. Bir neçə gün sonra anasının məsləhəti ilə qız öz evlərinə qayıdıb. Bundan sonra Samir tez-tez onlara qonaq gedib. Gülnaz onunla yaxınlıq etməyə çalışıb. O, isə qadına qızını sevdiyini və onunla ailə qurmaq istədiyini söyləyərək ondan uzaq durmasını xahiş edib:

"Mən onlara gedib-gəlməyə başladım. Qızın nənəsi məni çox istəyirdi. Qızın anası aramızı vurdu və sonradan bildim ki, Gülnaz məni sevir, ona dedim ki, məndən əl çək, ayıbdır. Məndən əl çəkmirdi, maşın tutaraq arxamca gəzirdi. Dostlarımın yanında məni sevdiyini deyirdi. Deyirdi ki, məni sevməsən qızımı öldürəcəm".

Bir gün Şəfanə gilə qonaq gedəndə evdə tək olan Gülnaz Samirin sərxoşloğundan istifadə edib onunla cinsi əlaqədə olub.

Bir müddət yaxın münasibətləri davam edəndən onra Samir bunun səhv olduğunu başa düşüb və qadından uzaqlaşmağa çalışıb. Onun bu hərəkətindən acığa düşən Gülnaz qızına onların intim münasibətindən daşınıb. Bu səbəbdən Şəfanə həm ondan, həm də anasından üz döndərərək evdən çıxıb Bakıya gedib.

Gülnaz Samirdən yenədə əl çəkməyib. Tez-tez telefon nömrəsinə zəng edərək sərt şəkildə öz qısqanclığ iradlarını bildirib.

Martın 26-da Samir qardaşının evində Gülnaz Sultanova ilə görüşüb və spirtli içki qəbul ediblər. Bu zaman Samir Gülnazdan ondan əl çəkməsini, qızı ilə ailə qurmaq istədiyini deyib. Amma Gülnaz Samirin bu tələbini yenədə rədd edib.

Bu görüşdən bir gün sonra Samir evdə olarkən Gülnaz Sultanova Samirə bir neçə dəfə zəng edib. Əvvəl telefonu söndürsə də, sonra Gülnaz Sultanovanın zənginə cavab verib. Bu zaman Gülnaz Sultanova Samirdən qəzəblə nəyə görə telefon zənglərinə cavab vermədiyini soruşub və qısqanclıq iradlarını yenə də kobud şəkildə bildirməklə, həm onun, həm də anası Simnarə Hacıəliyevanın ünvanına nalayiq ifadələr işlədib.

Bundan sonra Samir Gülnazı öldürmək qərarına gəlib. Bu niyyətlə Gülnaz Sultanovanı anası Simnarə Hacəliyeva ilə görüşdürəcəyi bəhanəsi ilə yaşadığı evə dəvət edib. Gülnaz Sultanova Samirgilin evinə gələrkən sərxoş vəziyyətdə olub.

Qadını qapıda qarşılayan Samir həyətdə odun doğramaq üçün istifadə etdiyi baltanı götürərərk arxadan Gülnaz Sulatanovaya yaxınlaşıb və onun baş nahiyyəsinə 5 zərbə endirib.

Samir Gülnaz Sultanovanın öldürdüyünü güman edərək Xaçmaz rayon polis şöbəsinin Yalama polis bölməsinə gedərək təslim olub. Gülnaz Sultanova Xaçmaz mərkəzi rayon xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Məhkəmə prosesi zamanı Samir Hacıəliyev özünü qismən təqsirli bilib.

Məhkəmə tərəfləri dinlədikdən sonra hesab edib ki, Samir Hacıəliyevin törətdiyi cinayət əməli CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib.

Sonda məhkəmənin hökmü ilə Samir Hacıəliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 27168   Tarix: 18 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə 4,7 bal gücündə zəlzələ olub

Türkiyənin Tokat şəhərində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb. Zəlzələ nəticəsində ölən və yaralananların olduğu barəsində məlumat verilməyib

18.04.2024 295
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 181
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

10:02 391
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

10:32 316
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

09:54 218
.

"Trans yağların yaratdığı bütün zərərli təsirlərdən qorunmağın ən asan üsulu balanslı qidalanmaqdır" - Qida eksperti

Azərbaycan bu ildən etibarən trans yağ turşuları ilə mübarizə sahəsində görülən işlərlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan "Ölkələrin Qiymətləndirmə Aləti"ndə 2-ci səviyyədən 3-cü səviyyəyə yüksəlib. Qida eksperti Fərid Səfərov -a bildirib ki, süni trans yağ maye yağları

18.04.2024 515
.

İsrail məktəbə hücum etdi: 4 ölü

İsrail Qəzzada dinc sakinlərin sığındığı məktəbə hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 2-si uşaq olmaqla 4 nəfər ölüb. Ölənlərlə yanaşı yaralananlar da var. Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə zamanı məktəbə isə böyük ziyan vurub. İsrailin Qəzza zolağına oktyabrı

18.04.2024 282
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 269
.

Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"

Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 200-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfində

11:00 226