Azərbaycanda dərslər bu şərtlərlə başlaya bilər - AÇIQLAMA
"Biz 2020-ci il sentyabr ayının 15-dən tədris prosesinin hibrid formasında təşkili ilə tanışıq. Bundan əlavə, Dövlət İmtahan Mərkəzi (DİM) 2020-ci ildə qəbul və buraxılış imtahanlarını keçirdi. Bu prosesdə 250 min insan iştirak etsə də, bir nəfər də olsun yoluxma halı qeydə alınmadı. Lakin sentyabrın 15-dən orta məktəblərdəki vəziyyətə diqqət etsək, bir aya yaxın məktəblərdə təhsil davam etsə də, təəssüflər olsun, 60-dan yuxarı yoluxma faktı qeydə alındı. Bu, onu göstərir ki, problem tədrisin təşkilindədir".
BiG.AZ xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.
Onun sözlərinə görə, tədrisin yenidən təşkili ilə bağlı ilk növbədə sıxlığı aradan qaldırmaq lazımdır:
"Əminəm ki, Təhsil Nazirliyi təhsilin bərpası ilə qərar qəbul edəcək. Amma burada müəyyən nüanslar var. Tədris təkcə orta məktəblərin açılması ilə bərpa olunmamalıdır. Eyni zamanda ali təhsil müəssisələrində 1-ci və 4-cü kurslar üçün də təhsil açılmalıdır. Ona görə ki, 1-ci kurs tələbələr universitetə ayaq basa bilməsələr də, tam şəkildə təhsil haqqını ödəyiblər. Bir çox proqram da mənimsənilməyib.
Dördüncü kurslara gəldikdə isə, onların diplom işləri, pedaqoji və istehsalat təcrübələri və kifayət qədər həll edilməli problemləri var. Bu tələbələrin həmçinin kəsirləri də var və bu, həll edilməlidir. Uzaq məsafədən həmin kəsirlərin həll edilməsi akademik cəhətdən mümkün deyil.
Hesab edirəm ki, mərhələli və pilləli şəkildə tədris prosesinin açılışına getmək olar.
Lakin bu dəfə əvvəlkindən fərqli yanaşma lazımdır. Əvvəla şagird sıxlığı tamamilə minimuma enməlidir. Bunun üçün ali təhsil müəssisələrinin pedaqoji ixtisaslarında ikinci, üçüncü kursda oxuyan və ya dördüncü kursda istehsalat təcrübəsinə gedən tələbələri bu prosesə cəlb etmək lazımdır. Onlar vasitəsilə məktəblərdə müəllim çatışmazlığını aradan qaldırmaq mümkündür".
Təhsil eksperti hesab edir ki, eyni zamanda könüllü şəxslərin onlayn dərs keçmələrinə imkan vermək lazımdır: "Etiraf edək ki, tədris prosesi bərpa ediləndən sonra heç də bütün valideynlər övladlarını məktəbə yola salmayacaqlar. Vəziyyətdən narahat olan kifayət qədər şəxs olacaq ki, onlar uşaqlarını qoymayacaqlar. Onların müəllimləri isə məktəbdə bir neçə dərs keçdiyi üçün əlavə onlayn dərs keçməkdə problem yaşayacaqlar. Buna görə alternativ müəllimlər təklif edilməlidir ki, dərs prosesində iştirak etməyənlər həmin müəllimləri əvəz edə bilsinlər.
Digər tərəfdən nəzərə almaq lazımdır ki, 9 və 11-ci sinif şagirdləri bu il buraxılış və qəbul imtahanları verəcəklər. Bu səbədən onların məktəblərə getməsi olduqca zəruridir. Təklif edirəm ki, orta ümumtəhsil məktəblərinin 1, 3, 5, 7, 9, 11-ci sinif şagirdləri həftənin birinci, üçüncü və beşinci günləri məktəbə gəlsinlər. Digər siniflərdə təhsil alan şagirdlər isə ikinci, dördüncü və altıncı günlərdə məktəblərə gedə bilsinlər. Məktəblərdə şagirdlər bir qapıdan daxil olub digər qapıdan çıxmalıdırlar. Giriş və çıxış qapısı eyni olmayanda şagirdlərin məsafə təmasları az olacaq. Qoruyucu maskalar, ara məsafələri və dezinfeksiya vasitələri də istifadə olunmalıdır".
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 3295 Tarix: 18 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşTanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999