Azərbaycanın məşhur Xalq artisti infarkt oldu - Heç kimi TANIMIR- FOTO
Azərbaycanın tanınmış kinorejissoru, Xalq artisti Eldar Quliyev infarkt keçirib. Bu barədə "Ölkə.az"-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib. Ə.Vəliyev bildirib ki, sənətkar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin kardiologiya şöbəsinə yerləşdirilib:
" Hazırda vəziyyəti çox ağırdır, heç kimi tanımır. Amma həkimlər əllərindən gələni edirlər".
Qeyd edək ki, Eldar Quliyev 1942-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olub.
Xatırladaq ki, bu gün Eldar Quliyevin 80 yaşı tamam olur.
BiG.Az


Şou biznes Baxılıb: 9034 Tarix: 18 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş