MTRŞ dövlət kanalları ilə bağlı MƏLUMAT YAYDI

MTRŞ dövlət kanalları ilə bağlı MƏLUMAT YAYDIÖtən il dövlət büdcəsindən maliyyələşən yayımçıların efirlərinin izlənilməsi zamanı bəzi çatışmamazlıqlar da aşkarlanıb.

BiG.AZ xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının 2020-ci il üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, "Televiziya və radio yayımı haqqında" qanunun 32.0.10-cu maddəsinə görə, dövlət və ictimai teleradio yayımçıları tərəfindən insanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası barədə maarifləndirici verilişlərin, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayrılmalı və həmin verilişlərin daha əlverişli vaxtda yayımı təmin edilməlidir.

Bildirilib ki, monitorinqlər zamanı yayımçıların qanunun bu tələbinə tam şəkildə riayət etdikləri müşahidə edilmir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 557   Tarix: 18 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş