"Ərə gedəndə hamı mənlə düşmən oldu" - Xuraman
Müğənni Xuraman Şuşalı pandemiya ərəfəsində işsiz qalmasından danışıb.
BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, "Elgizlə izlə" verilişinə qatılan sənətçi hazırda yalnız həyat yoldaşı Elçinin çalışdığını söyləyib:
"Ancaq həyat yoldaşım evə pul gətirir. Kanallardan birində işləyir. Bir də çalışır özəl layihələr etsin. Dörd uşağımız var".
Xuraman toyundan danışaraq, başına gələnləri etiraf edib:
"Mənim toyumda çox adam iştirak etmədi. Elçin icazə vermirdi ki, çəkiliş olsun. Həmin ərəfədə nə qədər pul verib dekor hazırlatmışdım. Bir şəkil belə yayılmadı. Hətta dost olduğum televiziya işçiləri toya gələndə kameraların əllərindən aldılar. Ərə gedəndə toya görə hamı mənlə düşmən oldu".
BiG.Az


Şou biznes Baxılıb: 2073 Tarix: 18 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş