Köçkünlər üçün tikilmiş mənzillərin şəhid ailələrinə veriləcəyi vaxt açıqlandı - RƏSMİ
"Keçmiş köçkünlər üçün tikilmiş mənzillərin Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələrinə verilməsi üçün həmin mənzillərin Nazirliyin balansına verilməsi prosesinin bitmək üzrədir".
BiG.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.
"Bu yeni mühüm proqram şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin evlə təminatında növbəti ciddi irəliləyişə imkan verəcək", - deyə nazir müavini əlavə edib.
A.Kərimov qeyd edib ki, yaxın həftələr ərzində bu evlərin verilməsi planlaşdırılır.
BiG.Az


Xəbərlər Baxılıb: 970 Tarix: 18 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş