"Boşandınızmı?" sualına Natavan BELƏ CAVAB VERDİ - VİDEO

"Boşandınızmı?" sualına Natavan BELƏ CAVAB VERDİ - VİDEOBir müddət öncə reper Dado "İnstagram" hesabında həyat yoldaşı Natavan Həbibidən boşandığını elan etdi.

BiG.AZ xəbər verir ki, bu xəbərdən sonra Dado postu sosial media hesabından sildi. Natavan isə tez-tez "İnstagram" hesabında Dado ilə oğlunun görüntülərini paylaşıb.

Məsələyə aydınlıq gətirmək üçün "Onda görüşərik" proqramında Natavanla əlaqə saxlanılıb. Müğənni "boşandınızmı" sualına belə cavab verib:

"Bizim məsələmiz hamıda necədirsə, elədir. Heç dalaşmayan, küsməyən ailə varsa, nə xoş onlara. Hamı onu yaşayır, biz də. Biz boşanmamışıq. Hər şey o qədər göz önündədir ki, insanlar hələ də nəsə fikirləşəndə deyirəm ki, mən necə safam. Dalaşdıq, barışdıq, videolar paylaşdıq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6634   Tarix: 18 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş