Navalnı Moskvada SAXLANILDI

Navalnı Moskvada SAXLANILDIBu gün Almaniyadan Moskvaya təyyarə ilə gələn Rusiya müxalifətinin lideri Aleksey Navalnı hava limanında saxlanılıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Aleksey Navalnı Şeremetyevo Hava Limanında Rusiya Federal Penitensiar Xidmətinin Moskvadakı əməliyyat şöbəsinin axtarış şöbəsinin əməkdaşları tərəfindən axtarışda olduğuna görə saxlanılıb.

Qeyd edək ki, A.Navalnı ötən il avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Omskda xəstəxanaya yerləşdirilib. O, sentyabrın 7-də Almaniyanın paytaxtı Berlin şəhərindəki "Şarite" klinikasına köçürülüb. Almaniya hökuməti A.Navalnının qanında "Noviçok" adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb.

Müalicə alaraq sağalan Aleksey Navalnı bu gün Almaniyadan təyyarə ilə Moskvaya gəlib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 825   Tarix: 17 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş