"Qızlarım üçün bankdan kredit götürdüm" - Ozan Doğulu
Aranjımançı Ozan Doğulu pandemiya dövründə yaşadığı maddi sıxıntılarla bağlı açıqlama verib.
Son 1 ildir musiqi sektorunda vəziyyətin gərgin olduğunu deyən Ozan ötən ilin martından başlayan karantin səbəbi ilə artıq bu sektorun çökdüyünü dilə gətirib:
"Sənətçi dostlarımdan biri evinin kirayəsini ödəmək üçün gitarasını satdı. Bəzi dostlarım isə maddi çətinlik səbəbindən ailəsinin yanına köçdü. Bu sektorda olan bəzi musiqiçilər intihara təşəbbüs etdi. Üç övladım var. Qızlarımın xərclərini ödəmək üçün bankdan kredit götürdüm".(axşam)
BiG.Az


Şou biznes Baxılıb: 2105 Tarix: 17 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş