Barmaqlarınız tez-tez keyiyir? - DİQQƏT

Barmaqlarınız tez-tez keyiyir? - DİQQƏTBarmaqlardakı keyimə ciddi xəstəliklərdən xəbər verə bilər.

BiG.AZ xəbər verir ki, barmaqların keyiməsi onurğa sütünu yırtıqlarına işarə edə bilər. Eyni zamanda bu simptom ürək xəstəlikləri, qan dövranının pozulması, aterosklerozdan xəbər verə bilər.

Bəzən bu simptom orqanizmdə B qrupu vitaminlərinin çatışmazlığına işarə edir.
Barmaqların keyiməsi şəkərli diabetin də əlaməti ola bilər. Şəkərli diabet zamanı qan dövranı pozulur, sinirlər zədələnir nə nəticədə barmaqlarda keyimə, hissiyyatın azalması kimi simptomlar meydana çıxır.

Barmaqların keyiməsi karpal tunel sindromunun əsas əlamətidir. Bu sindrom zamanı biləkdən keçən sinir sıxılır ki, barmaqlarda keyimə və ağrı əmələ gəlir.
Bütün bunları nəzərə alaraq həkimlər barmaqları mütəmadi keyiyənlərə müayinədən keçməyi tövsiyə edir. //Saglamolun.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2727   Tarix: 17 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş