Şəhid zabitimizin üzünü görmədiyi körpəsinə Şuşa adı veriləcək - VİDEO

Şəhid zabitimizin üzünü görmədiyi körpəsinə Şuşa adı veriləcək - VİDEOAzərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində iştirak edərək şəhid olan qəhrəmanlarımızdan də biri baş leytenant Ağayev Elçin Zakir oğludur.

"Report"un Muğan bürosu şəhid zabtin evində olub, onun ailəsi ilə görüşüb.

Ağayev Elçin Zakir oğlu 1993-cü ildə Cəlilabad rayonunun Günəşli kəndində anadan olub.

O, 2010-cı ildə orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2015-ci ildə təhsilini bitirərək peşəkar hərbçi kimi xidmətə başlayıb. Öz xahişi ilə xidməti vəzifəsini cəbhə bölgəsində davam etdirib və 4 il bölük komandiri işləyib.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda o da digər qəhrəmanlar kimi torpaqların azad olunması uğrunda gedən döyüşlərə qatılıb. Bir sıra uğurlu əməliyyatlarda fəal iştirak edib. Qəhrəman zabitimiz ötən il oktyabrın 6-sı Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. Oktyabrın 7-də doğulduğu kənddə torpağa tapşırılıb.

Şəhidin atası Zakir Ağayev oğlunun vətənpərvər olduğunu vurğuladı: "Oğlumla fəxr edirəm ki, uzun illərdir işğal altında olan müqəddəs torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. O, vətənpərvər oğul idi. Həmişə Vətənlə fəxr edirdi. Bu yolu öz seçdi. Qarabağımızın işğaldan olunacağı günü səbirsizlikə gözləyirdi. Şuşa şəhərini işğaldan azad etmək və oranı görmək Elçinin ən böyük arzularından biri idi. Amma o, Şuşanı görə bilməsə də arzusunu övladlarının timsalında gerçəkləşdirəcəm - övladlarını Şuşaya aparacam".

Şəhidin həyat yoldaşı Kəmalə Ağayeva da onunla bağlı xatirələrini bölüşdü. Onun sözlərin görə, Elçin həmişə düşmənə qarşı nifrəti ilə seçilirdi: "O, düşmənə qarşı qəzəb hissi ilə yaşayırdı. Məhz bu qəzəb onu daha da gücləndirmişdi. Biz onunla fəxr edirik. Müqəddəs Qarabağımız məhz Elçin kimi qəhrəmanların canı və qanı bahasına düşməndən azad olundu".

Şəhid baş leytenant Elçin Ağayev göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib. Onun 2 övladı yadigar qalıb. Şəhidimizin dünyaya gələcək üçüncü övladına Şuşa adı veriləcək. Ailə üzvləri körpənin daşıyacağı bu adı Elçinin həsrətində olduğu Şuşa şəhəri ilə əlaqədar olduğunu vurğuladı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1692   Tarix: 17 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672