"Qadın antikvar əşya deyil ki, kimsə onu saxlasın..."

"Qadın antikvar əşya deyil ki, kimsə onu saxlasın..."Aktrisa-teleaparıcı Könül Yusifqızı Moderator.az-ın suallarını cavablandırıb.

- Könül xanım, necəsiz? Hal-hazırda nə işlə məşğulsuz?

- Çox şükür, yaxşıyam! Hal-hazırda şəhid ailələri, qazilərimiz və əsgərlərimizin ehtiyyac və problemlərini dostum Nurlan Ələkbərovla birgə çəkib, işıqlandırırıq və aidiyyatı orqanlara çatdırırıq ki, mümkün qədər kömək olaq.

- Demək ki, hələ heç bir televiziyada çalışmırsınız. Çəkdiklərinizi harada işıqlandırırsınız?

- Xeyr, heç bir televiziyada çalışmıram və aylıq gəlirim də yoxdur. Bu fotoqraf Birlanın təşəbbüsü idi, mən də böyük məmnuniyyətlə razılaşdım. Çəkdiklərimizi sosial şəbəkədə öz səhifələrimdə paylaşıram. Sağ olsun saytlar da səhifəmdən götürüb işıqlandırır və səsimiz lazımı instansiyalara çatır.

- Bu könüllü bir fəaliyyətdir. Həqiqətən də çox gözəl bir təşəbbüsdür..

- Bəli, mən bu işi könüllü edirəm. Nədənsə onlara kömək olanda çox xoşbəxt oluram.

- İşıqlandırdığınız qazi və şəhid ailələrindən problemləri həll olunanları olub?

- Biz çəkdiklərimizin çoxunu işıqlandırmamışıq heç. Çünki biz işıqlandırmazdan öncə aidiyyatı qurumlara müraciət edirik. Bəzən o an reaksiya olur və işıqlandırmağa ehtiyac qalmır. Bir şəhid ailəsi və iki qaziyə dəstək ola bilmişik. Yaşat fonduna və millət vəkili Səməd Seyidova təşəkkür edirəm. Bundan başqa Permdə (Rusiya) yaşayan həmyerlilərimiz də bizə dəstək olurlar.

- Bəs necə dolanırsız?

- Çətindir. Amma şükür olsun Allahın qüdrətinə.

- Bu cür dediyinizə görə yəqin ki, az da olsa gəliriniz var. Olmaya pis gününüz üçün nələrsə yığıb saxlamısız?

- Xeyr, gəlirim ümumiyyətlə yoxdur, heç yoxdur. Doğma bir insan mümkün qədər mənə kömək olur. Buna da şükür. Pis gün 1 gün olar, 1 ay olar, 3 ay olar, 9-10 aya bir şey qalar? (gülür).

- İndi deyəcəklər ki, Könül Yusifqızını kimsə "saxlayır"..

- Mənim fikrim şəhidlərimizə, əsgərlərimizə, qazilərimizə köklənib. Bu ərəfələrdə amalım bir vətəndaş olaraq etdiyim , gördüyüm işlə dövlətimin, dövlətçiliyimin, sevdiyim prezidentimin yanında olmaqdır. Bu mənim vətəndaş mövqeyimdir. Sizin sözünüzə gəldikdə isə "saxlayır" sözünü qəbul etmirəm. Qadın antikvar əşya deyil ki, kimsə onu saxlasın (gülür). Xanım sevdiyi, seçdiyi, könül verdiyi kişi ilə sevgili ola və ya ailə həyatı qura bilər.

- Təklik sizi yormur ki?

- Tək deyiləm... Özümdən başqa qızım və pişiyim də var (gülür).

- Həyat yoldaşı mənasında dedim.. Qadına hər zaman kişi lazım deyil?

- Sevgi, hörmət, rəğbət, məhəbbət, diqqət, dəyər, eşq kimi keyfiyyətləri özündə cəmləşdirməyən "odun" qadının nəyinə lazımdır?

- Amma hər kişi dediyimiz kimi deyil..

- Vallah hər kişi ilə mənim nə işim, mən ər kişidən danışıram.

- Ailə qurmaq üçün təkliflər gəlibmi?

- Sentyabrın 27 dən mənim kökləndiyim bir mövzu var: müharibə, torpaqlar, qazilər, şəhid ailələri, əsgərlər. Bu aralar başqa bir yerə fikirlərimi bölub yönəldə bilmərəm. Zənnimcə heç yeri də deyil. Məni qalib vətəndaş edən, dövlətimi qalib dövlət edən, doğulduğum torpaqları mənə qaytaran igidlərin dərdini, xeyrini, şərini qoyub ər haqqında düşünə bilmərəm. Özüm özümə haqsızlıq edərəm, vicdanım buna yol verməz. Keçən zamanlar kecmişdə qaldı, amma bu zamanlarda zərrə qədər onlar ücün dəstəyim və ərə getmək kimi seçimim olarsa, mən qazi, şəhid ailələri, əsgərlərə dəstəyi seçərəm.

- Qazi və şəhid ailələri ilə görüşürsünüz. Onların problemləri daha çox nədir və şikayətləri kimlərdəndir?

- Qazilərimizin, əsgərlərimizin ən böyük problemi səhhətindəki narahatlıqlar və işsizlikdir. Çoxunun psixoloji travmaları var, psixoloq və psixiatrlara ehtiyacı var. Buradan onlara səslənirəm. Efirlərdən düşməyən psixoloq, psixiatrlar, nevrpotoloqlar haradasınız? Hardasınız efirlərdən düşməyən özəl klinikalar, hərəniz 5-6 qazi, şəhid ailəsini öhdənizə götürsəniz olmazmı? Onların çoxu işsizdir. Üzümü tuturam özəl və qeyri-özəl dövlət idarələrinə. Hərəniz 5-6 qazi, əsgər işə götürsəniz olmazmı…


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 22472   Tarix: 17 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167