"İki gün sonra ayıldı, dedi yoldaşlarım şəhid olubsa sağ qalmağımı Allah mənə bağışlamasın..."

"İki gün sonra ayıldı, dedi yoldaşlarım şəhid olubsa sağ qalmağımı Allah mənə bağışlamasın..."Vətən müharibəsinin qələbə ilə başa çatmasında heç şübhəsiz ki, tibb işçilərinin - yaralı əsgərləri döyüş meydanından çıxaran, onları ölümün pəncəsindən qurtaran, sağlamlığına qovuşduran həkimlərimizin, tibb bacılarımızın da müstəsna xidmətləri olub.

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov da müharibənin ilk günündən könüllü olaraq cəbhəyə yollanıb, əvvəlcə hərbi hospitalda, sonra Bakıya qayıdaraq işlədiyi klinikada üz, çənə, göz xəsarətləri alan çoxlu sayda yaralını müalicə edib. Həkim cəmi 117 yaralı üzərində əməliyyat aparıb. Qurban İsmayılov həmin günləri xatırlayarkən göz yaşlarına hakim ola bilmir.

"117 yaralı əsgəri əməliyyat etdik..."

"Oktyabrın 5-də Mərkəzi Hospital tərəfindən müraciət olundu, bildirildi ki, dəstəyimizə ehtiyac var. Əvvəlcə Gəncədə olduq, 18 cərrahi əməliyyat apardıq. Əməliyyat olunanların əksəriyyəti qəlpə yaraları almışdı. Cəmi 117 yaralını əməliyyat etdik, 68 xəstəyə isə ambulator baxış keçirdik, müalicə yazıldı" - həkim virtualaz.org-a müsahibəsində bildirib.

Döyüşün ilk günündən yaralılara yardım etmək üçün həkimlər səfərbər olublar. Burun- boğaz, neyrocərrahiyyə, ağız-üz-çənə üzrə sahələrin mütəxəssisləri də könüllü olaraq xidmətə qoşululublar.

"Bir gözünü itirmiş əsgərlər yenidən cəbhəyə qayıtmaq istəyirdilər"

Q.İsmayılov deyir ki, birinci Qarabağ müharibəsində tibb qardaşı kimi xidmət edib, uzun illərdir cərrah işləyir. Ancaq indiyədək belə hadisələrlə rastlaşmayıb: "Gətirilən yaralıların ikisi hər iki gözünü itirmişdi. İki gözünü itirmiş şəxsə yardım etmək çox çətindir. 16 xəstə isə bir gözünü itirmişdi. Partlayıcı maddələrin təsiri nəticəsində bir neçə yaralının göz alması tamamilə sıradan çıxmışdı. İnsanın gözdən qiymətli heç nəyi yoxdur. Amma bizim xəstələr sağlamlıqlarını itirdiklərinə görə deyil, sonacan döyüşmədiklərinə təəssüflənirdilər. Bir gözünü itirmiş əsgərlər yenidən cəbhəyə qayıtmaq istəyirdilər. Biz onlardan ağrıları olub-olmadığını soruşurduq, onlar bizdən qələbə xəbəri eşitmək istəyirdilər. Sağlamlığını itirən əsgərlər qürurla Vətən yolunda canlarının fəda olmasını arzulayırdılar".

Həkim əlavə edir ki, hər bir insan üçün həyat deposu deyilən bir şey var -ailə, karyera, vəzifə və sair. Azərbaycan əsgərlərin həyat deposu Şuşa imiş. "Onların yaralı halda "nəyə görə mən Şuşanın alınmasında iştirak edə bilmədim" demələri bizi çox sarsıtdı".

Sevindiricidir ki, yaralıların tam əksəriyyətinin görmə qabiliyyəti bərpa olunub. Bəziləri müalicəsini davam etdirir, bir neçəsi təkrar əməliyyat olunacaq.

"Əgər yoldaşlarım şəhid olublarsa, mən sağ qalmışamsa, sağ olmağımı Allah mənə bağışlamasın..."

Həkim göz yaşları içərisində yaralanmış əsgərlərlə bağlı xatirələrini də bölüşüb: "Şahin adlı yaralı var, xüsusi təyinatlı dəstənin tərkibində döyüşüb. Sağ gözündən qəlpə yarası, eyni zamanda, kəllə-beyin zədələnməsi alıb. Şahini klinikaya gətirərkən koma vəziyyətində idi. Yaralananlar bir qayda olaraq kompüter tomoqrafiya olunur ki, görək gözün içərisində yad cisim var, ya yox. Bu yaralı hərbçimizi də kompüter tomoqrafiya elədik. Baxdıq ki, gözündə yad cisim yoxdur. Şahin əməliyyatdan iki gün sonra ayıldı. Ayılan kimi ilk sualı əsgər yoldaşları ilə bağlı oldu. Dedim ki, bura Bakıdır, mən də həkiməm. Dedi ki, əsgər yoldaşlarım ölübsə, mən sağ qalmışamsa, sağ olmağımı Allah mənə bağışlamasın. Yəni, bir sırada döyüşdüyü xüsusi təyinatlılar şəhid olublarsa, bu hərbçi yaşamağını özünə bağışlaya bilmirdi".

Təcrübəli həkimi sarsıdan səhnələr

Həkim daha bir yaralı hərbiçi haqqında danışır: "Qax rayonundan Vüsal adlı bir yaralı əsgərimiz var. Onu bu yaxınlarda evinə yola saldıq. Vüsal yaralanandan iki gün sonra vertolyotla gecə saat 11-in yarısında Bakıya gətirilmişdi. Vüsalın rəngi qaçmışdı, təzyiqi çox aşağı idi. Suallarımıza cavab verə bilmirdi. Soyuducudan kampot süzdüm, bircə qurtum içdi. Sonra daha bir qurtum...Və dedi ki, həkim elə bil gözüm görür. Dedi ki, kaş Şuşaya girib orada şəhid olaydım, yaralanıb əsgər yoldaşlarımı yarıyolda qoymayaydım. Yüzlərlə yaralı görmüşəm, amma bu hadisələrin təsirindən çıxa bilmirəm".

Müharibədə həri iki gözünü itirən tankçının arzusu

Yaralılardan biri tankçı olub, hər iki gözünü itirib. Amma döyüşə geri qayıtmaq, əsgərlərə heç olmasa tövsiyələr vermək istəyib. "Dedi ki, şükür, hər şey yaxşıdır, amma mən tank komandiriyəm, təzə əsgərlərə tankın müəyyən sirlərini axıradək başa sala bilmədim, Olarmı mən iki günlük ora gedib qayıdım? Mən təcrübəmdə bu qədər qürurlü əsgərlər görməmişdim. Bu, Ali Baş Komandana inamın nəticəsi idi, hamısında fantastik dərəcədə fədakarlıq vardı. Təsəvvür edirsinizmi, onların ruh yüksəkliyi, qələbə əzmi, vətən sevgisi tibb bacılarını, bizi ağladırdı. Bu cür əsgərləri olan ordu mütləq qalib olmalıydı..."

Həkim müalicə etdiyi yaralı döyüşçülərin hər biri haqda bu cür təsirli hekayələrə malikdir, deyir ki, indi hər kəsin borcu bu cür fədakar, uf demədən canını torpaqların azad edilməsi yolunda qurban verən, qanı axa-axa belə yenidən döyüşə atılmağa hazır olan əsgərlərə, qazilərə bacardığı dəstəyi, qayğını göstərməkdir.(milli.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2394   Tarix: 17 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Kişilərin pensiya yaşının azaldılması təqdirəlayiqdir" - Sosioloq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq.Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.Layihəyə əsasən, kişilərə münasibətdə qadın vəfa

17:01 182
.

Almaniyada yanğın nəticəsində ölənlərin xatirəsi yad edilib - VİDEO

Almaniyanın Solingen şəhərində yerləşən 4 mərtəbəli binada yanğın baş verən yanğınla bağlı mərasim keçirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində eyni ailədən olan 4 nəfər ölüb. Onların Türk mənşəli Bolqarıstan vətəndaşları olduğu bildirilib. 1993-cü il mayın 29-da Solingen şəhərində evlərini

12:26 92
.

Xarab soyuducu partlaya bilər,diqqətli olun-VİDEO

Mülayim və isti havalarda bir çox qadınlar əksər qida məhsullarını soyuducuya yığırlar. Bu üsul uzun müddət saxlanılması gərək olan qidaların xarab olmaması baxımından çox faydalıdır. Belə ki, aşağı temperaturda bir çox qida məhsulları öz keyfiyyətini itirib xarab olmur. Amma, bəzi qida məhsulları vardı

15:45 62
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında"

13:19 244
.

"Rusiya Azərbaycana silah satırdı, Ermənistana isə hədiyyə edirdi" - Politoloq

Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, Rusiya Ermənistanı dəfələrlə aldadıb. O qeyd edib ki. Rusiya Ermənistanı "ən çətin dövrdə" tək qoyub. Aİ-yə üzvlük Ermənistan üçün ən məqbul variantdır. Mövzu ilə bağlı -a danışan politoloq Turan Rzayev bildirib ki, 44 günlük İkinci Qaraba

13:54 207
.

Hacı Nuran Meray Kerini təbrik etdi

Aparıcı Hacı Nuran Hüseynov dünyaca məşhur müğənni Meray Keri ilə fotolarını paylaşıb. OLAY yazır ki, o, sənətçinin doğum günü olduğunu qeyd edib. Həmin fotolar isə illər əvvəl çəkilib

16:15 208
.

Azərbaycan bu ölkə ilə quru sərhədi açdı

Azərbaycanın quru sərhədləri 4 ildən artıqdır ki, bağlı olsa da bu qadağa Rusiya vətəndaşlarına aid deyil. -nun əldə etdiyi məlumata görə, sözügedən dövlətin vətəndaşları ölkə ərazisinə piyada və ya avtomobillə daxil ola və ya Azərbaycanı rahat tərk edə bilirlər. Bu barədə qərar Ümumdünya Səhiyyə Xidmətini

17:12 499
.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

12:56 194
.

Taksi sürücüləri yeni qərara etiraz edir – "Onsuz da şirkətlər belimizi qırırdı"

Nazirlər Kabineti taksilərlə bağlı yeni dəyişikləri təsdiqləyib və elə həmin gündən, yəni martın 27-dən ciddi müzakirələr başlayıb. Müzakirələr əsasən taksilərə dair tələblərə yönəlib. Yeni qərara görə, buraxılış tarixi 15 ildən çox olan avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulur. Bu isə o deməkdi

15:10 300