İnternetdə koronavirus əleyhinə saxta peyvənd satılır

İnternetdə koronavirus əleyhinə saxta peyvənd satılırİtaliya koronavirus əleyhinə bazarlara çıxarılan və internetdə təklif olunan saxta peyvənd dozalarının ticarətinə qarşı mübarizəni gücləndirəcək.

Yeni Karabinieri (Jandarma) generalı Teo Luzi əhaliyə koronavirus əleyhinə peyvənd və dərman preparatları təklif edən internet saytları barədə xəbərdarlıq edib.

"Corriere della Sera" qəzetinə verdiyi müsahibədə general indiyədək bu qəbildən olan 250 saytın ləğv edildiyini bildirib.

Onun sözlərinə görə, internet üzərindən təklif edilən peyvənd dozalarının indiyədək ölkədə istifadəsinə icazə verilən "Pfizer/BioNTech" və ya "Moderna" məhsulları olması ehtimalı olduqca azdır, çünki həmin peyvənd dozaları xüsusi temperaturda saxlanılır və onların ciddi qeydiyyatı mövcuddur.

T.Luzi qeyd edib ki, hazırda vaksinasiya kampaniyasında prioritet sayılmayan əhali qruplarının peyvəndlənməsi diqqət mərkəzində saxlanmalıdır. Tibbi personal, qocalar evlərinin sakinləri və yaşı 80-dən yuxarı insanların peyvəndlənməsi prosesi dövlət nəzarəti ilə həyata keçirilir və işbazlar əhalinin digər qrupları arasında öz qurbanlarını axtarırlar. Buna görə də hüquq-mühafizə orqanları mafiya təşkilatlarının hazırkı böhran mərhələsindən sui-istifadə edərək, leqal iqtisadi sistemə nüfuz etməsinə və rəsmi fəaliyyət pərdəsi altında saxta məhsullar təklif etməsinə qarşı mübarizəni gücləndirməlidir.

Polis generalı, həmçinin bildirib ki, hazırda ölkədə koronavirus böhranı ilə əlaqədar turizm, qastronomiya və asudə vaxtın təşkili sənayesi ağır günlər keçirir, bir çox obyekt və müəssisələrin sahibləri öz sahibkarlıq müəssisələri və infrastrukturu aşağı qiymətə satmaq məcburiyyəti ilə üz-üzədirlər. Belə hallarda mafiya təşkilatları narkotik vasitələrin dövriyyəsi və ya digər qeyri-qanuni mənbələrdən əldə etdiyi çirkli pulları leqallaşdırmaq üçün fürsət əldə edirlər və qeyd edilən sektorlardakı müəssisələrə yiyələnməyə çalışırlar. Xüsusilə ölkənin cənub regionlarında bu tendensiyanın qarşısının alınması üçün antimafiya və antikorrupsiya fəaliyyəti genişləndirilməlidir. (AZƏRTAC)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 612   Tarix: 17 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sankt-Peterburq turistlər üçün ödənişli olacaq

Aprelin 1-dən Sankt-Peterburq turistlər üçün ödənişli olacaq. Bazar ertəsindən etibarən şəhərdə kurort vergisi tətbiq ediləcək. Güzəştli kateqoriya istisna olmaqla, bütün yetkinlik yaşına çatmış turistlərdən hər gün üçün 100 rubl tutulacaq. Toplanan vəsaitin sonradan turizm obyektlərinin tikintisin

31.03.2024 469
.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemini gücləndirir və orqanizmin enerji istehsalına kömək edir. Tərkibində çoxl

13.04.2024 341
.

Niderlandlı həkimlər 28 yaşlı qızın həyatdan evtanaziya yolu ilə vidalaşmasına icazə veriblər

Niderlandda 28 yaşlı qız evtanaziya yolu ilə həyatdan könüllü olaraq vidalaşmaq istəyi ilə tibb müəssisəsinə müraciət edib. Bildirilir ki, qız uzun müddət depressiya və psixi pozğunluqdan əziyyət çəkib. Onu müalicə edən həkim bildirib ki, tibb sözügedən problemlərin qarşısında acizdir. Bundan sonra həki

07.04.2024 906
.

Bu il bazarlarda balıq bol olacaq, qiymət isə... - ARAŞDIRMA

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə ümumilikdə 66452 ton balıq ovlanıb ki, bu, 2022-ci ilin göstəricisindən 1,1 faiz çoxdur. Bu amil daxili bazarda balıq və balıq məhsullarının qiymətinə necə təsir göstərəcək?. "Kaspi" qəzeti növbəti məqaləsində bu və digər suallar

13.04.2024 276
.

500 milyon insanı öldürən XƏSTƏLİK geri qayıdır

Təkcə 20-ci əsrdə təqribən 500 milyon insanın ölümünə səbəb olan çiçək xəstəliyi aradan qaldırılan yeganə insan xəstəliyidir. Bununla belə, Milli Elmlər, Mühəndislik və Tibb Akademiyaları (NASEM) tərəfindən hazırlanan "Çiçək xəstəliyinə qarşı tibbi mübarizə tədbirlərinin gələcək vəziyyəti"

14.04.2024 974
.

Bəşəriyyət 2029-cu ildə sutkadan bir əlavə saniyəni çıxarmalı olacaq

ABŞ-li geofizik Dunkan Eqnyu sübut edib ki, Yerin nüvəsinin fırlanmasının yavaşlaması, Antarktika və Qrenlandiya buzlaqlarının əriməsi səbəbindən 2029-cu ildə bəşəriyyət günün davamlılığını 30 iyun və ya 31 dekabrda bir saniyə artırmaq əvəzinə, qısaltmalı olacaq. "1972-ci ildən bəri UTC (Koordinasiy

07.04.2024 287
.

Xoşbəxt insanların hər gün söylədiyi BEŞ İFADƏ

Psixoloqlar deyirlər ki, xoşbəxt insanlar başqalarına paxıllıq etmir və müsbət mənada düşünürlər. xarici KİV-ə istinadən xəbər verir ki, xoşbəxt insanlar müəyyən düşüncə tərzinə malikdirlər və gündəlik həyatda müəyyən ifadələr işlədirlər. Xoşbəxt insanların tez-tez söylədiyi əsas ifadələrdən biri "Mə

04.04.2024 883
.

"Vaxtımız azdır, qlobal istiləşmənin qarşısını almaqdan ötrü..." - Maskdan HƏYƏCAN TƏBİLİ

"Bəşəriyyətin dayanıqlı enerjiyə keçməsi üçün çox da vaxtı qalmayıb". Bunu ABŞ-li milyarder və sahibkar İlon Mask "X" sosial şəbəkəsində bildirib. O, bəşəriyyətin qlobal istiləşmənin ciddi nəticələrinin qarşısını almaqdan ötrü tədbirlər görmək üçün cəmi bir neçə ilinin qaldığını söyləyib

14.04.2024 244
.

Yatmadan əvvəl 11 zeytun yeyin

Zeytunun insan sağlamlığına, o cümlədən toxumlarına və yarpaqlarına olan faydaları inanılmazdır. Xüsusilə Aralıq dənizi bölgəsində yetişən və ləzzətli dadı olan zeytunu səhərlər deyil, yatmazdan əvvəl istehlak etmək tövsiyə olunur. Bunun həm iman, həm də sağlamlıq baxımından faydaları var. Gənc qızları

18.04.2024 456