Azərbaycanlı rejissor DÜNYASINI DƏYİŞDİ - FOTO

Azərbaycanlı rejissor DÜNYASINI DƏYİŞDİ - FOTOGörkəmli azərbaycanlı sənədli film rejissoru Nazim Rza İsrafiloğlu 80 yaşında vəfat edib.

Nazim Rza İsrafiloğlu Gəncə şəhərinin ziyalı ailələrindən birində anadan olub. Atasının babası Rza Əsədullayev Gəncə bölgəsində tanınmış bir xeyriyyəçi, ana babası Mirzə Məhəmməd Axundzadə isə ilk nizamişünas, Difai Partiyası Gəncə şöbəsinin katibi olub.

1945-ci ildə ailə Nazim Rzayevin orta məktəbdə oxuduğu və fortepiano sinfində musiqi təhsili aldığı Bakıya köçüb.

Nazim Rza İsrafiloğlu sənədli film istehsalı sahəsində "Odlu məmləkət" "Neft və cahan savaşı", "M.M.Axundzadə" iki hissəli sənədli film, "Ermənilər. Fariseyzmin anatomiyası" (2008), "Neft" kimi görkəmli əsərlər yaradıb. (oxu.az)

Azərbaycanlı rejissor DÜNYASINI DƏYİŞDİ - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3319   Tarix: 17 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş