Ərini başqa qadınla tutan, doğuş sancısıyla səhnəyə çıxan, şüşə gözlə yaşayan Xalq artisti – MARAQLI FAKTLAR

Ərini başqa qadınla tutan, doğuş sancısıyla səhnəyə çıxan, şüşə gözlə yaşayan Xalq artisti – MARAQLI FAKTLARBiG.AZ kulis.az-a istinadən Xalq artisti, böyük sənətkar Barat Şəkinskaya haqqında maraqlı faktları təqdim edir.

Barat Şəkinskaya 28 iyun 1914-cü ildə Şuşada bəy ailəsində anadan olub. Anası Gövhər xanım yazıçı Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı olub. Barat Şəkinskaya ilk təhsilini Şuşada alıb, 1923-cü ildə ailəsi ilə birgə Gəncəyə köçüb. 13 yaşından Gəncə Qadınlar Klubunun dram dərnəyində iştirak edib.

Teatr klubunun direktoru Mir İbrahim Həmzəyev ona aşiq olur. Anası Ağca xanımın bütün etirazlarına baxmayaraq Barat rejissorla evlənir. Daha doğrusu qoşulub qaçırlar. Bu evlilikdən onların bir qızı dünyaya gəlir. Amma ailə həyatının ömrü cəmi iki il çəkir. Çünki bir gün Barat xanım qucağında körpə Solmazla yay teatrına gələrkən ərini skamyada bir qadınla görür.

Barat Şəkinskaya ikinci dəfə görkəmli rejissor Şəmsi Bədəlbəyli ilə ailə qurur. Bu nikahdan isə onların Rövşanə adlı bir qızı doğulur. Onun doğulması isə qəribə olur. 1937-ci ildə "Romeo və Cülyetta" faciəsinin ilk tamaşası 11 yanvar 1937-ci ildə göstərilib. Həmin ərəfədə Barat xanım hamilə olur. Tamaşa zamanı Cülyettanın anası sinyora Kapuletti (Qəmər Topuriya) ağlaya-ağlaya yerə uzanmış Cülyettanı qucaqlayır. Barat xanım güclə ona pıçıldayır ki, möhkəm sancılanmışam, elə et tamaşaçılar sifətimi görməsinlər. Qəmər xanım rolda ağlaya-ağlaya plaşını çıxarıb onun üstünə salır. Yanında fənər tutanlardan birinə yavaşca deyir ki, səhnədən çıx, oradakılara de, təcili maşın hazırlasınlar, Baratın halı pisdir, xəstəxanaya aparmaq lazımdır. Hərənin bir tərəfə qaçışdığı, hay-küy qopduğu epizodda fənər tutan aktyorun səhnədən çıxması təbii hal kimi qəbul olunur. Tamaşa qurtarır. Gurultulu alqışlar qopur. Barat xanım yıxılmasın deyə Ülvi Rəcəb və Qəmər xanım hərəsi onun bir qolundan yapışır. Nəhayət, pərdə axırıncı dəfə bağlanır. Barat xanımı xəstəxanaya aparırlar. İyunun 29-u səhər saat 7-də Barat xanımın qızı olur.

Aktrisanın üçüncü evliliyi isə teatr rejissoru Mehdi Məmmədovla olur. Bu evlilikdən oğlu Elçin Məmmədov dünyaya gəlir. Rəssam və kino aktyoru olan Elçin "Dədə Qorqud" filmində Qaraca Çoban, "7 oğul istərəm" filmində Mirpaşa rolları ilə məşhurlaşır. Barat xanım Mehdi Məmmədovun yolları isə ərinin xəyanəti üzündən ayrılır. Mehdi Məmmədov aktrisa Şəfiqə Məmmədova ilə ailə qursa da, bu Barat xanımın sonuncu evliliyi olur.

Barat xanım xeyli mərhəmətli insan olub. O, bir dəfə şəhid anası ilə tanış olur. Öyrənir ki, qadının evi yoxdur. Deyir, mən mütləq sənə kömək eləyəcəm, tez bir vaxtda təzə evə köçəcəksən, elə şey olar ki, şəhid anasının özünün ev-eşiyi olmasın? Dediyi kimi də edir. Dövlət rəsmilərindən biri ilə zəngləşəndən sonra həmin qadına ev verilir.

Barat xanım ömrü boyu nə xan nəslindən olmağını gizlədib, nə də ailəsinin o biri üzvləri kimi anasının soyadına keçib. Onun əsli Qarabağ xanı İbrahim xanın şəcərəsinə bağlıdır. Ana babası Həbib xan isə Sisyan bölgəsinin Şəki mahalındandı. Sovet hökuməti qurulanda babası Arazın o tayına köçüb. Amma bəxti gətirdiyindən bu faktlar əsasında ona heç bir irad tutulmayıb. Hətta 23 yaşı olanda əməkdar artist, 35 yaşında isə Xalq artisti fəxri adına layiq görülüb. Mircəfər Bağırov bir aktrisa kimi onu çox yüksək qiymətləndirib. Bütün premyeralarına gəlib.
Aktrisa "O olmasın, bu olsun", "Görüş", "Qızmar günəş altında" kimi məşhur filmlərə çəkilib. Ona ən çox uğur gətirən film isə "O olmasın, bu olsun" filminədki qulluqçu Sənəm obrazı olub. Həmin filmin çəkilişləri zamanı Rüstəm bəy rolunu ifa edən Ağasadıq Gəraybəyli masanın üzərindəki stəkanı masaya çırpanda stəkanın qırıqları ətrafa səpələnir. Çəkiliş zamanı baş verən bu hadisədə şüşə qırıqları Barat xanımın əlini kəsir. Çəkilişdən sonra ona təcili yardım çağırılır.

Aktrisanın səhnədən getməsinin səbəbi də sənətə olan hörməti olub. Belə ki, 70-ci illərdə artıq yaşlandığını hiss edən aktrisa səhnəni tərk etməli olduğunu bilib və bu reallığı belə ifadə edib: Bir gün məşqdə idim. Məşq gedirdi. Bir də gördüm yuxu məni basdı. Əsnədim möhkəm. Çöndüm sağa baxdım, sola baxdım ki, məni görən olmadı ki? Öz-özümə dedim ki, hə Barat, səninki burada qurtardı".

Barat xanım ömrünün son illərində təsadüf nəticəsində bir gözünün nurunu itirir. Qızı Solmaz xanım müsahibələrinin birində bu haqda belə deyir: "Anam təqaüdə çıxandan bir neçə il əvvəl kollektiv foto çəkilişi zamanı fotoqrafın naşılığı üzündən civəli lampanın işığı elə salınmışdı ki, bir neçə nəfərin sağlamlığına ziyan dəymişdi, anamın isə bir gözü qlaukoma oldu. Cərrahiyyə əməliyyatı elətdirib süni göz saldırmalı oldu. Xasiyyəti elə sadə idi ki, sonralar müsahibə almağa, süjet hazırlamağa gələn jurnalistlərə deyirdi ki, a bala, gözlə, qoy gedim gözümü taxım, gəlim. Ya da deyirdi ki, bu tərəfdən çəkməyin, o biri tərəfdən çəkin, qoy, tamaşaçılar təbii gözümü görsünlər. Demək istəyirəm ki, bunu özünə dərd eləməmişdi".

Aktrisa 1999-cu ildə dünyasını dəyişir. Onun ölümündən iki il sonra isə oğlu Elçin Məmmədov 54 yaşında ürək tutmasından vəfat edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 8970   Tarix: 17 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580