Bütün dünya 5 ildir qəfəsdə saxlanılan bu qadından danışır - DƏHŞƏT... + VİDEO

Bütün dünya 5 ildir qəfəsdə saxlanılan bu qadından danışır - DƏHŞƏT... + VİDEOFilipində psixoloji problem yaşayan 29 yaşlı gənc qadının müalicə xərclərini ödəyə bilməyən ailəsi tərəfindən 5 ildir qəfəsə salındığı ortaya çıxıb. Sözügedən ailə, qızlarının təhlükəsizliyi üçün bu yola əl atdıqlarını və paltarlarını yediyi üçün qızlarına çuval geyindirdiklərini söyləyib.

Yerli media gənc qadının 2014-cü ildə depressiya diaqnozu qoyulmadan əvvəl bir mağazada çalışdığını, ancaq psixi problem yaşamağa başladıqdan sonra ailəsi tərəfindən dəmir qəfəsə salındığını bildirib.

Ailəsi müalicə xərclərini ödəyə bilmədikləri üçün qızlarının qarabasmalar gördüyünü və ətrafına qarşı təhlükəli hərəkətlər etdiyini dilə gətirib.

Səlahiyyətli orqanlardan kömək istəyən ailə qızlarının görüntüsünü sosial media vasitəsi ilə yayaraq qızlarını bu vəziyyətdən xilas etmək üçün xahiş ediblər.(moderator.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 9693   Tarix: 17 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş