Aktrisa əsəbiləşdi : "Məni işdən çıxartsınlar,siz də rahat olun"

Aktrisa əsəbiləşdi : "Məni işdən çıxartsınlar,siz də rahat olun"Türkiyədə yayımlanan "Sadakatsiz" serialında rol alan aktrisa Özge Özderini sosial media istifadəçisi özündən çıxarıb.

İzləyicilərindən biri "O qədər mənasızdır ki... 7 aylıq hamilə olduğu halda seriala çəkilir və hamiləliyini də paltarla ört-basdır edir. Özge Özderin yerinə çəkiləcək başqa aktrisa yoxdur?" kimi sözlər yazaraq onun ekran işində çəkilməsinə etiraz edib.

Bu sözlərdən əsəbiləşən 42 yaşlı Özge izləyicisinə sərt reaksiya verərək bunları deyib:

"Necə görünməyim həmişə qadın izləyicilərimə dərd olub. Kişilərdən heç vaxt mənfi rəy gəlməz. Həyatım qadınların mənə nifrəti, düşmənçiliyi ilə keçdi. Sizin başqa dərdiniz yoxdu? Şikayətinizi serialı çəkən şirkətə bildirin. Pandemiya dövründə məni işdən çıxartsınlar. Siz də rahat olun. Əslində mən bir aktrisanı hamilə qaldı deyə işindən edən adamlarla işləmirəm, çox şükür".(axşam)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1942   Tarix: 16 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş