Azərbaycan kərə yağı idxalını 20 %-ə yaxın artırıb

Azərbaycan kərə yağı idxalını 20 %-ə yaxın artırıbÖtən il Azərbaycan 82,6 milyon ABŞ dolları dəyərində 16,8 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

BiG.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə müvafiq olaraq 11 milyon ABŞ dolları (15,4 % ) və 2,8 min ton (19,8 %) çoxdur.

Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların idxalı Azərbaycanın ümumi idxalının 0,52 %-ni təşkil edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 376   Tarix: 16 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş