Gülben Ergen qalmaqallı klipindən danışdı

Gülben Ergen qalmaqallı klipindən danışdıMüğənni Gülben Ergenin bir neçə il əvvəl çəkdirdiyi klipi ilə bağlı yayılan xəbərlər uzun müddətdir gündəmi zəbt edib.
BiG.AZ türk mətbuatına istinadən bildirir ki, ifaçı klipində çəkilən zənci qız haqqında "əslində klipdə çəkmək üçün meymun axtarırdıq, lakin tapa bilmədik. Bizdə onun yerinə zənci uşaq çəkdik" sözlərini deyib.

Ergen ötən gün verdiyi müsahibəsində bu sözlərini təkzib edib və belə fikirlər söyləmədiyini bildirib:

"Yox daha nələr! Bu bir zarafatdır? Siz həqiqətən məndən bəhs edirsiniz? Yenə yalan xəbərdir... Mən həyatdakı bütün uşaqlara qarşı xüsusi həssaslıqla yanaşıram.Bu məni şərləməkdən başqa bir şey deyil. Təəssüf edirəm".(axşam)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1182   Tarix: 16 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş