İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub

İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olubAzərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, məlumatı Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi yayıb.

R.T.Ərdoğan Azərbaycanın haqlı davasında böyük mübarizə ilə əldə etdiyi Qarabağ zəfərinin bölgədə sülh və sabitlik üçün yeni imkanlar yaratdığını deyib. O, Türkiyənin bu yeni dönəmdə Azərbaycana bütün sahələrdə töhfə və dəstək verəcəyini vurğulayıb.

Türkiyə Prezidenti Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə bərpa və yenidənqurma fəaliyyətlərinin başlamasından məmnunluq hissi duyduğunu söyləyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 444   Tarix: 16 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş