Azər Maqsudov insanların necə zəhərləndiyi barədə: "Adi una siçovul zəhəri əlavə ediblər"

Azər Maqsudov insanların necə zəhərləndiyi barədə: "Adi una siçovul zəhəri əlavə ediblər"Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Azərbaycan Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov ölkəmizdə baş verən zəhərlənmələrlə bağlı danışıb.

Bu barədə Media.Az-a müsahibə verən toksikoloq bildirib ki, ən çox yayılan və ölümlə nəticələnən dəm qazından zəhərlənmələrdir:

"Bunun fəsadı ağır olur. İnsan faktiki olaraq hərəkətsiz olur, bu vəziyyətdə reabilitasiya uzun və çətindir".

Mütəxəssis sirkə turşusundan zəhərlənmənin təhlükəsindən də danışıb:

"Sirkə turşusundan zəhərlənmiş insanın təcili olaraq mədəsinin yuyulması lazımdır. Konsentrat turşu daxili orqanları çox tez yandırır, həmin insanı yaxın yarım saat, maksimum bir saat ərzində xəstəxanaya aparmaq çox vacibdir. Bir xörək qaşığı sirkə turşusu artıq öldürücü dozadır".

O qeyd edib ki, insanlar daha çox məişətdə istifadə olunan kimyəvi vasitələrdən istifadə edirlər:

"Bəzən insanlar siçovul dərmanından da zəhərlənirlər. Bu indi rodentisidlərə aiddir. Rodentisidlər anbarları, zirzəmiləri, taxıl emalı zavodlarını və müəyyən bitkiləri siçovullardan, siçanlardan və digər gəmiricilərdən qorumaq üçün istifadə olunur. Yeri gəlmişkən, o insan üçün xüsusi təhlükə yaratmır".

Maqsudov deyib ki, uzun müddət savadsızlıqları ucbatından siçovul zəhəri ilə özlərini zəhərləyən bir ailə onlara müraciət edib:

"Gəmiricilərdən qorunmaq üçün adi una siçovul zəhəri əlavə ediblər. Və sonra bu undan çörək bişiriblər. Üstəlik, bu çörəklə ev heyvanlarını, mal-qaranı da yemləyiblər. Heyvanlar demək olar ki, dərhal ölüblər, ancaq özlərini daha az zəhərləyiblər. Məsələ ondadır ki, siçovul zəhərinin uzun müddət istifadəsi insanda hemofiliyada olduğu kimi qanda laxtalanmanı əngəlləyir. Qırmızı qan hüceyrələrinin parçalanması baş verir, trombositlər əmələ gəlmir, qan faktiki olaraq laxtalanmır, daxili qanaxmalar başlayır və insan ölə bilir".

Maqsudov bildirirb ki, həmin ailənin üzvlərində də məhz burundan, ağızdan, qulaqdan qanaxma başlayıb:

"Onlar çox ağır vəziyyətdə xəstəxanaya daxil oldular və müalicələri təxminən bir ay davam etdi".

O, dərman zəhərlənməsindən də bəhs edib. Maqsudov deyib ki, bu kimi zəhərlənmələrə daha çox dərmanın artıq dozada qəbulu səbəb olur:

"Məsələn, həkim resept yazır, ancaq xəstə dozaya əhəmiyyət vermir və daha çox dərman qəbul edir. Elə hallara da rast gəlinir ki, xəstə reseptə ciddi şəkildə riayət edir, ancaq nədənsə bədən bu dərmanı qəbul etmir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3273   Tarix: 16 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

14:11 0
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

17:16 0
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

16:45 0
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

17:48 0
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

21:02 0
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

17:36 0
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

16:26 0
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

21:41 0
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

14:20 0