Gəlin qayınatanı döyüb, heyvan damına köçürdü

Gəlin qayınatanı döyüb, heyvan damına köçürdüGürcüstanın Tianeti rayonunun Gigeti kəndində gəlin qayınatasına fiziki zorakılıq edib.

BiG.AZ xəbər verir ki, fiziki qarşıdurmaya səbəb əmlak mübahisəsi olub.

Məlumata əsasən, Tianeti bölgəsində gəlin qaynatası 96 yaşlı Vardo Tataraşvilini və onun vəkilini döyüb. Yerli sakinlər ailə üzvləri arasındakı qarşıdurmanın uzun illərdir davam etdiyini bildiriblər. Evin və torpağın yarısı kişiyə məxsusdur, qalan yarısı isə uşağın adındadır. Məlumata görə, yaşlı kişinin oğlu və gəlini, kişinin yarısına müxalif olduğu əmlakı bütünlüklə öz üzərlərinə götürmək istəyiblər.

Yayılan məlumatlara görə, iş o yerə çatıb ki, yaşlı kişini heyvan damına köçürüblər, lakin "Gürcüstan üçün Birlik" təşkilatı yaşlı kişini Tbilisidə kirayə evə köçürüb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126-cı Prima maddəsinin birinci hissəsinə əsasən istintaq başladılıb.

Zorakı gəlin barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən Marina Axalaurinin dediyinə görə, yaşlı kişinin özü ona zorakılıq edirmiş. 96 yaşlı kişinin damda yaşamasına gəlincə, gəlinin dediyinə görə, qayınatası orada yaşamağı xoşlayırdı. Publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1396   Tarix: 15 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş