Azərbaycanda BƏDBƏXT HADİSƏ: İtlər hücum etdi, 36 yaşlı kişi öldü
İsmayıllı rayonunun Kürdmaşı kəndində bədbəxt hadisə baş verib.
BiG.AZ Publika.az-a istinadən xəbər verir ki, 984-cü il təvəllüdlü Vüqar Zahir oğlu Teyyubov yaşadığı Kürdmaşı kəndində qəflətən küçə itlərinin hücumuna məruz qalıb. İtlər onu dişləyərək ağır xəsarətlər yetirib. Hadisə zamanı qorxu və həyəcan keçirən Vüqar Teyyubovun halı pisləşib. O, hadisə yerindəcə dünyasını dəyişib.
Vüqar Teyyubovun ölümündə əsas səbəbin ürək çatışmazlığı olduğu bildirilir. Onun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
BiG.Az


Xəbərlər Baxılıb: 1609 Tarix: 14 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş