Azərbaycanda AĞIR QƏZA: Ölən var
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Big.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Səmədabad kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü Abdullayev Musa İnşallah oğlu kəndin ərazisində velosipedlə hərəkətdə olarkən idarəetməni itirərək traktorun qoşqusuna çırpılıb. Nəticədə ağır yaralanan M.Abdullayev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
BiG.Az


Xəbərlər Baxılıb: 1402 Tarix: 14 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş