Qızının gözü qarşısında arvadını öldürdü – ANBAAN VİDEO

Qızının gözü qarşısında arvadını öldürdü – ANBAAN VİDEOLos-Ancelesdə 46 yaşlı Herbet Nikson Flores üç yaşlı qızının gözünün qarşısında arvadını güllələyib. Baş verənlər müşahidə kamerası tərəfindən qeydə alınıb.

Qızının gözü qarşısında arvadını öldürdü – ANBAAN VİDEOBiG.AZ oxu.az-a istinadən bildirir ki, bu barədə "The Daily Dot" xəbər yayıb.

Kadrlardan görünür ki, Karen Ruis evin yanında maşını park edir. Bu vaxt arxadan başqa maşın yaxınlaşır. Bu an qadın avtomobilindən çıxaraq binaya doğru qaçır, digər maşının sürücüsü də onun arxasınca düşərək bir neçə dəfə atəş açır. Videoda uşaq ağlamağının səsi də gəlir.

Bildirilir ki, hüquq mühafizəçiləri küçədə atışma ilə bağlı çağırışa gedərkən hadisə yerində güllə yarasından ölən 35 yaşlı Karen Ruisin cəsədini aşkarlayıblar.

Şübhəli hadisə yerindən qaçıb. Onun axtarışına FTB qoşulsa da, tapılmayıb.

Qızının gözü qarşısında arvadını öldürdü – ANBAAN VİDEOQızının gözü qarşısında arvadını öldürdü – ANBAAN VİDEOQızının gözü qarşısında arvadını öldürdü – ANBAAN VİDEO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1537   Tarix: 14 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş