Azərbaycanda hava təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ

Azərbaycanda hava təhlükəsi ilə bağlı XƏBƏRDARLIQBu gün cənub-qərb istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə transsərhəd toz kütlələri daxil olub.

Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məlumata görə, yeni quraşdırılmış avtomat monitorinq stansiyalarından daxil olan məlumata əsasən Bakıda tozun miqdarı gün ərzində normadan 1.5 dəfə artıq qeydə alınıb.

Gəncə şəhərində isə tozun miqdarı günorta saatlarında normadan 4.5-5.1 dəfə yüksək olub, hazırda normadan 1.7 dəfə artıqdır.

Qeyd edək ki, yanvarın 15-də cənub-qərb istiqamətli hava cərəyanlarının üstünlüyü nəticəsində ölkə ərazisində tozun miqdarının normadan bir qədər çox olması müşahidə ediləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 10376   Tarix: 14 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş