Dünyaca məşhur fotoqrafdan növbəti Şuşa paylaşımı - FOTO

Dünyaca məşhur fotoqrafdan növbəti Şuşa paylaşımı - FOTODünyaca məşhur fotoqraf Reza Deqati növbəti dəfə Şuşa ilə bağlı paylaşım edib.

Fotoqraf "Instagram" hesabında Şuşanın dağıdılmış mədəniyyət abidələri barədə bəhs edib.

"Şuşa Azərbaycan mədəniyyətinin incisi olub, burada bir çox şairlər, yazıçılar, musiqiçilər, müğənni və rəssamlar yaşayıb, yaradıblar.

Hər bir köhnə ev müasir Azərbaycan mədəniyyətini yaratmış məşhur şəxslərin muzeyi, doğulduğu yer, emalatxanası, yaradıcılıq məkanı olub. Şuşa məscidi orta əsrlər daş memarlığının şah əsəridir.

1992-ci ilin may ayında şiddətli döyüşlərdən sonra şəhər erməni silahlı birləşmələrinin əlinə keçdi. Mən Şuşa döyüşünün son həftələrində iştirak edən yeganə fotoqraf idim.

28 ildən sonra geri qayıtdım, aşkarladığım isə böyük bir şok və kədər oldu: köhnə gözəl evlərin, muzeylərin, studiyaların, köhnə abidələrin, heykəllərin hamısı talan edilib. Bəziləri tamamilə təməlindən dağıdılıb.

Onlar mədəni tikililəri məhv etmək və yer üzündən silməklə tarixi və mədəniyyəti silə biləcəklərini düşünürdülər.

Əvvəlcə muzeylərin və evlərin materiallarını, böyük ustaların musiqi alətlərini satmağa başladılar, sonra qapıları, pəncərələri, santexnika borularını, qiymətli metal parçaları satmağa davam etdilər və sonda yalnız səssiz divarlar qaldı.

Onlar 17 məsciddən 15-ni yer üzündən sildilər.

"Aşağı Gövhər Ağa" məscidi tamamilə məhv olmaqdan xilas olan iki məsciddən biridir", - deyə R.Deqati bildirib. /Oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 716   Tarix: 14 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş