Daha bir modelin "şalvarı boş oldu" - FOTO
Bir müddət öncə aktrisa Pərvin Abıyvanın şalvarının əyninə boş olması ilə bağlı xəbər gündəmi zəbt etmişdi. Lakin bu dəfə "boş" şalvar geyinməklə xarici model diqqətləri üzərinə cəlb edib.
BiG.AZ "Daily Star"a istinadən xəbər verir ki, model Liliya Ueddellin "Asos" markasının geyimində çəkdirdiyi foto şirkətin "İnstagram" səhifəsində paylaşılıb.
Şalvarı əynindən "sürüşən" model gözəlliyi ilə izləyiciləri heyran edib, lakin onun geyimi bir çoxları tərəfindən bəyənilməyib.
"Şalvarın niyə budunadək sürüşüb?", "Şalvarını çək, okey?", "Bu şəkil mənə çatmır", "Bağışlayın, amma belə sizə soyuq dəyəcək" kimi şərhlər yazanlar olub.
Buna baxmayaraq, paylaşım 20 mindən çox "ürək" toplayıb.
Yeni tərzdə geyimin digər modellər arasında da dəbdə olduğu vurğulanır.
Natəvan Baxşiyeva
BiG.Az


Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş