Aparıcı koronavirusdan danışarkən canlı yayımda hönkür-hönkür AĞLADI - VİDEO
"CNN" müxbiri Sara Sidner canlı yayımda koronavirusun fəsadlarından danışarkən göz yaşlarını saxlaya bilməyib.
BiG.AZ xarici mətbuata istinadən bildirir ki, xəbər buraxılışında Sara 11 gün ərzində anasını və ögey atasını itirən Los-Anceles sakinindən danışıb. Qadının hər iki ailə üzvü koronavirusdan dünyasını dəyişib.
"Ailələrin belə faciənin öhdəsindən necə gəldiklərini izləmək çox çətindir. Heç bir ailə bunu yaşamamalıdır", - deyən müxbir emosiyalarını saxlaya bilmədiyi üçün hər kəsdən üzr istəyib.
Sonda Sidner vurğulayıb ki, insanlar yaxınlarını, dostlarını və qonşularını itirməmək, qorumaq üçün əllərindən gələni etməlidirlər.
Həmin kadrlar sosial şəbəkədə tez bir zamanda yayılıb. Bir çoxları digərlərini maska taxmağın vacibliyinə inandırmaq üçün videonu paylaşıb.
Natəvan Baxşiyeva
BiG.Az


Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş