Yolda qalan qida maşınını qarət etdilər - VİDEO
İspaniyanın paytaxtı Madriddə qarlı hava şəraitindən yolda qalan ərzaq yüklü yük maşını talançıların hücumuna məruz qalıb.
BiG.AZ Unikal.org-a istinadən xəbər verir ki, Yük maşınından təxminən 20 ton qida oğurlanıb. Belə ki, yolda asılı vəziyyətdə qalan sürücü yardım istəməyə gedib. Geri qayıdanda isə o talançıların hücumuna məruz qalıb. Hadisə ilə bağlı polis axtarış işlərinə başlayıb.
Yük maşınının talan edildiyi anlar isə ətrafdakılar tərəfindən anbaan kameralara əks olunub.
Qeyd edək ki, güclü qar yağışı Filomena fırtınası ilə birlikdə İspaniyadakı həyatı mənfi təsir etməyə davam edir. Son məlumata görə, qar yağışı səbəbiylə ölkənin müxtəlif bölgələrində 4 nəfər ölüb.
BiG.Az


Xəbərlər Baxılıb: 733 Tarix: 14 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş