ÜZÜCÜ XƏBƏR: Şuşa istiqamətində 1 hərbçi ölüb, 2-si yaralanıb

ÜZÜCÜ XƏBƏR: Şuşa istiqamətində 1 hərbçi ölüb, 2-si yaralanıbŞuşa şəhəri istiqamətində hərbi qulluqçular olan avtomobil qəzaya düşüb.

Bu barədə BiG.AZ-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə yanvarın 12-də baş verib. Nəticədə Beyləqan rayonun Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2236   Tarix: 14 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş