Qonşu ölkədə gələn həftədən MƏKTƏBLƏR AÇILIR

Qonşu ölkədə gələn həftədən MƏKTƏBLƏR AÇILIRRusiyanın paytalı Moskvada şagirdlər gələn həftədən distant təhsildən ənənəvi təhsilə qayıdacaqlar.

BiG.AZ lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyaninin saytında deyilir.

Məlumata əsasən, 1-ci sinifdən 11-ci sinifədək bütün şagirdlər yanvarın 18-dən ənənəvi təhsilə başlayacaqlar.

Həmçinin, nəqliyyat kartları da blokdan çıxarılacaq və tələbələr yenidən ictimai nəqliyyatdan güzəştli gediş hüququndan istifadə edə biləcəklər.

"Düzünü deyəcəyəm. Yuxarı siniflərdə distant təhsilin ləğvi qərarını qəbul etmək çox çətin idi. Uşaqlar evdə oturmaqdan beziblər. Lakin məktəblilər arasında yoluxma hallarının artması riski hələ də yüksəkdir. Bu səbəbdən məktəblər epidemioloji təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməlidir", - deyə Sobyanin vurğulayıb.

Qeyd olunur ki, ilin birinci yarısında olduğu kimi, cəmi bir yoluxma halı da aşkar olunsa, bütün sinif müvəqqəti olaraq distant təhsilə keçəcək.

Digər bütün məhdudiyyətlər yanvarın 21-dək daha bir həftə uzadılıb.

Şəhər universitetləri və kolleclər, əlavə təhsil müəssisələri və idman məktəbləri bu dövrdə distant təhsil rejimində işləyəcək və ya tətildə olacaqlar.

Natəvan Baxşieva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1043   Tarix: 14 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş