Basdırılan minaların xəritəsi Ermənistandan və Rusiya sülhməramlılardan tələb edilməlidir - AÇIQLAMA

Basdırılan minaların xəritəsi Ermənistandan və Rusiya sülhməramlılardan tələb edilməlidir - AÇIQLAMAXəbər verdiyimiz kimi, Qubadlı istiqamətində tabor komandiri, mayor Muxtarov Sərxan mina partlayışı nəticəsində şəhid olub. Bu barədə Milli Məclisin deputatı Qənira Paşayeva özünün "Facebook" hesabında paylaşım edib.

Təəssüf ki, işğaldan azad olunan ərazilərdə minaya düşərək şəhid olan hərbi qulluqçularımızın sayı artır. Bu cür halların baş verməsində bir çoxları Rusiya sülhməramlılarını günahlandırırlar. Bildirilir ki, Rusiya sülhməramlıları həmin ərazilərdə basdırılan minaların xəritəsini ermənilərdən alıb Azərbaycan ordusuna verməlidirlər.

İşğaldan azad olunan ərazilərdəki minalarla bağlı fikirlərini Sonxeberaz-la bölüşən Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov bildirib ki, minaları basdıran hərbi hissə onu xəritələşdirir:

"Hərbi qaydalara və müharibə qanunlarına görə, basdırılan minalar xəritələnməlidir. Ən azından basdıran tərəfin özünün məlumatı olması və basdıranın minaya düşməməsi üçün xəritə vacibdir. Düşünürəm ki, mütləq belə bir xəritə var. Ermənilər uzun müddətdir ki, orada yerləşiblər. Hesab edirəm ki, onlar həmin əraziləri xəritə ilə minalayıblar. Bundan əlavə, həm də ermənilər qaçan zaman pərakəndə şəkildə minanı basdırıb həmin ərazidən uzaqlaşıb. Hətta aidiyyəti olmayan ərazilərə də basdırıblar.

Biz Ermənistandan həmin xəritəni tələb etməliyik. Mümkün deyil ki, minanı basdırsınlar, amma xəritə olmasın. Çünki basdırdıqları minaya özləri düşə bilərlər. Minanı basdıran hissə və döyüşən kəşfiyyatçıların hərbi hissələri ayrı olur. Döyüşən əsgərlərdə o xəritə olmasa, minanın olub-olmadığını necə biləcəklər? Mina basdırılan zaman yaradılan xəritə hərbi hissələrə ötürülür. Düzdür, o xəritələrə də inam yoxdur. Əslində mina təmizləyən hərbi hissə və hərbçilər didik-didik hər tərəfi axtarıb, minaları tapmalıdırlar. Hərbçilərimiz minalar təmizlənənə qədər diqqətli olmalıdırlar".

Firudin Məmmədov vurğulayıb ki, həmin ərazilərdə təxribatların da olması mümkündür:

"Hesab edirəm ki, ermənilərin xüsusi silahlı qruplaşmaları gəlib, içərimizdə o minaları basdıra da bilərlər. Mən bu mənfurluğu onlardan gözləyirəm. Çünki hələ də orada döyüşmək istəyən və tabe olmayan qüvvələr var. Onlar içəriyə girib, o minaları basdıra bilərlər. Bundan əlavə, Rusiya sülhməramlıları minaların xəritəsini ermənilərdən alıb Azərbaycan ordusuna təhvil verməlidirlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1673   Tarix: 14 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 0
.

"31 Mart soyqırımı hadisəsi təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir"

"Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılalara qarşı həyata keçirdiyi soyqırımından 106 il ötür. Son iki əsrdə ermənilər Azərbaycan xalqına qarşı misli görünməmiş etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirmişlər. Bu siyasət nəticəsində xalqımız ağır məhrumiyyətlərə v

12:40 0
.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

13:47 0
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

Fransa NATO-dan çıxacaq?

Fransanın Milli Birlik Partiyası Ukraynada münaqişə bitdikdən sonra ölkənin NATO-nun vahid komandanlığından çıxa biləcəyini ehtimal edir. Bu fikri Fransanın ifrat sağçı lideri Cordan Bardella səsləndirib. Siyasətçi qeyd edib ki, onun partiyası ölkədə 2027-ci ilə təyin edilmiş növbəti prezident seçkisind

13:58 0
.

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. Bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Q.Məmmədovanın 2022-23-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir. Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzl

13:09 0
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 122