"Getdim ki, kafedə qabyuyan işləyim" - İlahə Fəda - VİDEO

"Getdim ki, kafedə qabyuyan işləyim" - İlahə Fəda - VİDEO"Dostlarımın hesabına dolanıram. Heç bir gəlirim yoxdur. Yaxşı ki, etibarlı dostlar var. Amma nə qədər olar?".

BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni İlahə Fəda "Elgizlə izlə" proqramında deyib. İşsiz olan sənətçi payızda başına gələn hadisəni danışıb. O bildirib ki, restoranda qabyuyan belə işləməyə razı olub:

"Karantindən əvvəl hələ restoranlar bağlanmamışdı. Anamla xəbərlərə baxanda gördüm ki, bir kafedə qabyuyan axtarılır. Səhər ikimiz də yuxudan oyandıq, getdik ora işləməyə. Amma işə götürmədilər. Tanıdılar, elə bildilər ələ salıram. İki diplomum var, dedim, konservatoriya diplomum işə yaramır, o birini istifadə edim. O da alınmadı.

Bir vaxtlar çox yaxşı pul qazanırdım. Günümə 60 min avro gəlirim olurdu. Amma biznesim çökdü".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3195   Tarix: 14 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş