NASA Yupiter peykindən "Wi-Fi" siqnalı alıb

NASA Yupiter peykindən "Wi-Fi" siqnalı alıb"Juno" kosmik aparatı Yupiterin peyklərindən birindən radio siqnal qeydə alıb. Söhbət Yer kürəsində "Wi-Fi" kimi tanınan 10-40 MHz tezlikli "dekametr radiasiyasından" gedir.

BiG.AZ xəbər verir ki, bu barədə "ABC4" NASA nümayəndəsi Patrik Vigginsə istinadən bildirir.

"Juno" Günəş sisteminin ən böyük planetinin qütb bölgəsindən saatda 111.847 mil (təxminən 180.000 km /s) sürətlə uçarkən Yupiter peyklərindən biri olan Hanimedadan gələn dalğaları tutub.

Lakin bunu başqa planetdə həyatın mövcudluğunun sübutu kimi qiymətləndirmək olmaz. Məsələ Yupiterin maqnit sahəsində fırlanan elektronlardadır. Elektronların hərəkət sürəti fırlanma sürətindən az olanda radiodalğalar güclənir.

Eyni proses uzaq ultrabənövşəyi spektrdə qütb parıltısının yaranmasına da səbəb olur.

NASA nümayəndəsinin sözlərinə əsasən, Yupiter peykindəki qütb parıltısı, həmçinin, "Juno" zondunun kamerası vasitəsilə qeydə alınıb.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 773   Tarix: 13 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş