Turistlərdə dolu BU ADADA heç kəs koronavirus TUTMUR - MARAQLI SƏBƏB
İtaliyanın Cilyo adası qeyri-adiliyi ilə seçilir. Bura koronavirusu olan turistlər tez-tez gəlsə də, yerli əhalidə yoluxma müşahidə olunmur.
BiG.AZ xəbər verir ki, bu barədə araşdırma "MedRxiv" portalında yerləşdirilib.
Belə ki, viruslu turistlər sosial məsafə və digər tədbirlərə qətiyyən əməl etmədikləri halda insanların yoluxmaması alimlər tərəfindən iki cür izah olunur.
Birinci versiyaya əsasən, burada havanın tamamilə təmiz olması infeksiyanın yayılmasına mane olur. İkinci versiyaya görə isə, yerli sakinlər bənzər bir patogenə qarşı çarpaz immunitetə sahibdirlər.
Mütəxəssislər qeyd edirlər ki, çarpaz reaktiv immunitet müxtəlif infeksiyalara müqavimət göstərmək üçün çox vacibdir.
Natəvan Baxşiyeva
BiG.Az


Maraqlı Baxılıb: 803 Tarix: 13 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş