Bakıya qar nə vaxt yağacaq? - RƏSMİ AÇIQLAMA

Bakıya qar nə vaxt yağacaq? - RƏSMİ AÇIQLAMABu qış da Bakı sakinləri qar üzünə həsrət qalıb. Baxmayaraq ki, hava soyuq və yağıntılı keçir, qar həvəskarlarının gözləri hələ də yoldadır.

BiG.AZ xəbər verir ki, Qurumun direktoru Gülşad Məmmədova bildirib ki , arktik soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində ayrı-ayrı illərdə qış ayları çox soyuq keçir. Qeyd edək ki, qarşıdakı 4 gün ərzində Bakıya qar yağmayacaq. Lakin yanvar-fevralda yağması istisna deyil.

"Çoxillik meteoroloji müşahidələrə görə, Bakıda yanvar ayı üçün ən soyuq hava 1907-ci il yanvarın 24-də qeydə alınıb. Həmin gün havanın minimal temperaturu 11 dərəcə şaxta təşkil etmişdir.

2008-ci il yanvarın 7 və 8-də Bakıda qar müşahidə edilib. Qarın hündürlüyü 8 yanvarda 44 sm təşkil edib. Atmosferin ümumi sirkulyasiyasından və sinoptik proseslərdən asılı olaraq hərdən fevral ayı yanvar ayından soyuq olur.

Fevral ayında ən soyuq hava 2012-ci il fevralın 8-də qeydə alınıb. Həmin gün havanın minimal temperaturu Bakıda 11 dərəcə şaxta olub. 2017-ci il fevralın 1-2 də Bakıda qar yağmış və qarın hündürlüyü 29 sm təşkil etmişdir.

Çoxillik meteoroloji müşahidələrə görə, ən soyuq dekabr 1924-cü il dekabrın 26-da Bakı şəhərində qeydə alınmışdır. Həmin gün havanın minimal temperaturu 8.8 dərəcə şaxta olmuşdur", - deyə Gülşad Məmmədova bildirib.

Gülşad Məmmədova deyir ki, bütün çoxillik müşahidələrə görə, Bakıda ən soyuq sutkalıq yağıntı 2002-ci il dekabrın 10-da gündüz və 11-nə keçən gecə müşahidə olunub:

"Bu da dekabr ayı üçün sutka ərzində rekorddur. 48 mm yağıntı (qar) düşmüşdür. Dekabrın 11-də Bakıda qarın hündürlüyü 50 sm təşkil etmişdir".

Gülşad Məmmədovanın sözlərinə görə, paytaxt üçün qış aylarında əsasən şimal-qərb küləyi xarakterikdir:

"Qış aylarında əsasən şimal-qərb küləyi əsmişdir. Küləyin maksimal sürəti 2007-ci il (fevralın 24-25 də), 2015-ci il (dekabrın 3-4 də), 2019 cu ildə (yanvarın 17-18 də) 35-41 m/s çatmışdır. Güclü külək, şimşək, çovğun və qar da müşahidə edilmişdir".

Gülşad Məmmədova qarşıdan gələn son 3 günün də hava proqnozlarını açıqlayıb:

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi 8-13 m/s, arabir 15-18 m/s olacaq. Havanın temperaturu gecə 3-6°, gündüz 9-13° isti olacaq".

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Yanvarın 14-ü axşamdan 15-i gündüzədək bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 9-14° isti olacaq".BAKU.WS


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 21083   Tarix: 13 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

15:58 716
.

Aysun qızına bu adı verəcək – VİDEO

Müğənni Aysun İsmayılova dünyaya gələcək qız övladından söz açıb. bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Tarixin bir günü" verilişində danışıb. Sənətçi bildirib ki, qızına "Sevgi" adını qoyacaq: . "Dünyaya gələcək qızıma qoyacağımız adla bağlı ço

19:15 232
.

Vətəndaşlarımız bu ölkəyə də vizasız gedəcək

Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılır. Qaynarinfo xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslə

12:14 344
.

Azərbaycanda bu məhsul ucuzlaşdı

Şəmkir rayonunda xiyarın topdansatış qiyməti kəskin azalıb. -a istinadən xəbər verir ki, məhsulun hazırda sortundan asılı olaraq topdansatış bir kiloqramının qiyməti 0,7-0,9 manat arasında dəyişir. Bu tərəvəzin 10 kiloqramlıq kisəsi topdansatış 7-9 manata təklif olunur. Bakıda isə supermarketlərdə xiyarı

19:45 141
.

"Vətəndaş nikahına girməsinlər"

"Vətəndaş nikahı Azərbaycana Avropadan keçib. Araşdırmalara görə, Avropada vətəndaş nikahı azalır. Amma Azərbaycanda getdikcə artır". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib. O bildirib ki, son 10 ildə vətəndaş nikahında

14:47 346
.

İrem Derici sevgilisi ilə Venesiyada- FOTOLAR

Türkiyəli müğənni İrem Derici sevgilisi Gökhan Fıratla birlikdə İtaliyanın Venesiya şəhərinə səyahət edib. xəbər verir ki, müğənni fotoları sosial şəbəkədə paylaşıb. Şəkillərə minlərlə rəy və bəyənmə gəlib

20:30 12
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

21:07 0
.

General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM

10:13 852
.

Şahdağa sulu qar yağıb

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb. Şahdağda isə sulu qar yağıb. Düşən yağıntının miqdarı Zaqatalada 19 mm, Balakəndə 14 mm, Şəkidə 8 mm, Qrızd

10:10 216