Antibiotiklərin məhv etdiyi bağırsağı necə bərpa etməli?- Korona xəstələri üçün

Antibiotiklərin məhv etdiyi bağırsağı necə bərpa etməli?- Korona xəstələri üçünKoronavirus zamanı bəzən lazım oldu-olmadı, bəzən də həqiqətən yerində istifadə edilən güclü antibiotik terapiya xəstələrin bağırsaq mikroflorasını və mikrobiotunu tamamilə pozur.

Mikroflora bağırsağın daxili bakterial florasıdır. Onun çəkisi təxminən 3 kiloqramdır. Yəni bizim bağırsaqlarımızda 2-3 kq bakteriya ordusu var.

Antibiotiklər qəbul edilən gündən bağırsaqda olan faydalı, lazımi bakteriyaları, mikrobiomları da öldürür, üstəlik orqanizmdə öldürülən bakteriya və virus qalıqların da çoxu bağırsaqlara toplanır.

Bağırsaqlar toksinləşir, orda zərərli mikrob və bakteriyalar artır, güclənir və xəstə daha da halsızlaşır.

BiG.AZ Medicina.az-a istinadən təkcə korona yox, bütün antibiotiklə müalicə olunan xəstəliklərdən sonra bağırsaq mikroflorasını bərpa etməyin üsullarını təqdim edir.

Mikroflora pozulması bizim həkimlər tərəfindən disbakterioz adlandırılır.

Əlamətləri:

- İshal, diareya
- Nəcisin yaşıl, boz, duru olması
- Kəskin qoxu
- Qarında ağrı, sancı, istilik
- Köp, qıcqırma
- İştahsızlıq
- Gündə 3-4 dəfə tualetə getmə
- Həzmin pozulması
- Dəridə qaşınma
- İştahsızlıq
- Mədədə ağrı
- Arıqlama
- Yuxu pozulması
- Halsızlıq

Dərman terapiyası

Kəskin disbakteriozda nəcisin ümumi və əkilmə analizi verilir, əgər bağırsaqlarda zərərli patogen mikroblar, bakteriyalar çoxdursa, bunun üçün xüsusi antibiotik qəbul etmək lazım gələcək. Bu adi antibiotik yox, məhz bağırsaq üçün olan dərmandır.
Bu dərmanı özbaşına, həkimsiz içmək olmaz.

- Yüngül, orta halda və ya ağır formada zərərli bakteriyaları xüsusi dərmanla yox etdikdən sonra bağırsağa faydalı mikroorqanizmlər yerləşdirmək üçün prebiotik və probiotiklər, eləcə də son zamanların yeni kəşfi simbiotiklər təyin olunur. Hazırda bu cür prerapatlar çoxdur və bunları ən azı 1-2 ay qəbul etmək lazımdır

- Mədəaltı vəzə və mədəyə dəstək üçün ferment tabletlər – məsələn Mezim, Festal və s.

- Qidalanmadan daha çox evdə duza qoyulmuş kələm suyu, çox yağlı olmayan ətin sümüklərindən bulyon, kəsmik, düyü həlimi, qatıq, kefir, yoqurt, tərəvəz şorbası, bişmiş kök, çuğundur, kətan toxumu, yulaf sıyığı, yağsız düyü yeyilməlidir.

- Bağırsağı qıcıqlandıran qidalar, süni qidalar, qazlı içki, soyuq su, qızardılmış yeməklər, köp və qıcqırmanı artıran qidalar olmaz

- Hər gün 2 litr təmiz, ilıq su içmək


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1508   Tarix: 11 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505