Kemal Sunal reklama necə, hansı texnologiya ilə çəkildi

Kemal Sunal reklama necə, hansı texnologiya ilə çəkildiYeşilçamın sevilən aktyoru Kamal Sunal deepfake üsulu ilə yenidən ekranlara qayıdıb. Reklamda Kemal Sunal obrazını bənzərliyi ilə diqqət çəkən Mehmet Kurt canlandırıb.

BiG.AZ ted.az-a istinadən bildirir ki, bununla da Türkiyədə ilk dəfə Deepfake metodu tətbiq olunub.

Süni zəka ilə yaradılan reklam çəkilişləri 3 gün, montaj prossesi isə 40 gün çəkib.

DEPPFAKE NƏDİR?

Deepfake mövcud bir görüntü və ya videoda olan bir insanın süni neyron şəbəkələrindən istifadə edərək başqa bir şəxsin şəkli ilə əvəz olunduğu media növüdür. Tez-tez avtomatik kodlayıcılar və generativ şəbəkələr kimi tanınan maşın öyrənmə texnologiyalarından istifadə edərək mövcud medianın mənbə media üzərində birləşdirilməsi ilə hazırlanır.

Deepfake ifadəsi "deep learning" (dərin öyrənmə) və "fake" (saxta) sözlərindən əmələ gəlib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2791   Tarix: 10 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş