"Evlərindən çıxanlar geri dönə bilmirdilər" - 12 min insanın həyatına son qoyan DUMAN FƏLAKƏTİ - FOTO

"Evlərindən çıxanlar geri dönə bilmirdilər" - 12 min insanın həyatına son qoyan DUMAN FƏLAKƏTİ - FOTO1952-ci ildə Londonda baş verən "duman hadisəsi" dünyanın indiyədək gördüyü ən pis fəlakətlərdən biri olub.

Dünya tarixi boyunca milyonlarla insan bir çox təbii fəlakət, epidemiya və ya insanın yaratdığı hadisələrdə həyatını itirib. Texnologiyanın və elmin inkişaf etmədiyi illərdə fəlakətlərin qarşısını almaq çətin olub. Digər tərəfdən, səhiyyə müəssisələri inkişaf etdirilmədiyi üçün fəlakətlərdən sonra kifayət qədər insana tibbi müdaxilə edilməyib. Nəticə isə ağır olub. 1952-ci ilin dekabrında Londonda baş verən "duman hadisəsi" bunlardan biri idi. Qeyri-rəsmi mənbələrə görə, yalnız bir neçə gündə 12 min nəfər duman səbəbindən ölüb.

Bəs bu duman insanların ölümünə necə səbəb olub?

BiG.AZ musavat.com-a istinadən Duman fəlakəti haqqında bir neçə faktları təqdim edir.

London 13-cü əsrdən bəri havanın çirklənməsindən əziyyət çəkirdi. Bu vəziyyət 1600-cü illərdə daha da pisləşdi. Lakin 1952-ci ildə vəziyyət içindən çıxılmaz bir hal aldı. O dövrdə bir çox evdə kömür sobaları istifadə olunurdu.

1952-ci ilin dekabrına qədər London sakinləri qeyri-adi dərəcədə soyuq bir hava ilə qarşılaşdılar. Buna görə isinmək üçün daha çox kömür yandırdılar.

Beləliklə də havada kükürd dioksidin miqdarı artdı. Böyük London bölgəsində "Fulham", "Battersea", "Bankside", "Greenwich" və "Kingston upon Thames" də daxil olmaqla bir neçə kömürlə işləyən elektrik stansiyaları var idi.

Təbii ki, bütün bunlar havanın çirklənməsini daha da artırdı.

4 dekabr tarixində London sakinləri qeyri-adi bir günə oyandılar. Duman bütün şəhəri bürünmüşdü, görüntü xeyli azalmışdı. Külək əsmədiyi və kömür sobaları yanmağa davam etdiyi üçün bütün zəhərli qazlar havadakı dumanların içində toplanmışdı.

İngiltərənin Meteorologiya İdarəsinin o dövrdə yaydığı məlumata görə, həmin ərəfədə havaya aşağıdakı maddələr qarışıb:

1000 tona yaxın tüstü hissəcikləri;

140 ton xlorid turşusu ;

14 ton flüor birləşmələri ;

370 ton kükürd dioksid sulfat turşusu.

Yaranan duman, kükürd dioksid, evdən çıxan tüstülər, avtomobillərin mühərriklərindən çıxan qazlar və bu kimi digər hava çirkləndirici maddələr bir-birinə qarışaraq, ertəsi gün paytaxtı bürüyən davamlı bir duman meydana gətirdi. Dekabrın 4-də şəhəri bürüyən duman səbəbindən ictimai nəqliyyatın fəaliyyəti dayandırıldı. Dumandakı sıx qaz nəfəs alan insanlarda narahatlığa səbəb oldu. London metrosu xaricində ictimai nəqliyyat işləmirdi. Duman səbəbindən görmə qabiliyyəti 1 metrə enmişdi. Duman o qədər sıx idi ki, məhdud ərazilərə belə sızmışdı. Bu səbəbdən konsertlər və film nümayişləri ləğv edilmişdi. Bundan əlavə ekstremal idman tədbirləri də təxirə salınmışdı. Duman o qədər qatı idi ki, evlərindən çıxan insanlar geri dönə bilmirdilər. İnsanlar yalnız yaxın evlərdən tutaraq hərəkət edirdilər.

Bir çox insan tənəffüs çətinliyi ilə xəstəxanalara müraciət etdi. Gözlənilmədən yüzlərlə insan zəhərlənmişdi. Xəstəxanalar dolurdu, lakin qurbanları sayı bitmək bilmirdi. Ən qəribəsi isə o idi ki, həkimlər xəstələrə demək olar ki, heç nə ilə kömək edə bilmirdilər.

8 dekabrda dumanın qurbanı olan körpə uşaqlar, qocalar və nəfəs xəstəliklərindən əziyyət çəkənlərin sayı dörd minə çatdı.
Hesabatlara görə, ilk gündə 100-dən çox adam, ikinci gündə isə 300-dən çox adam duman səbəbiylə həyatını itirib. 4 dekabrda şəhəri cənginə alan duman 9 dekabra qədər davam etdi.

Rəsmi hesabatlarda 6 min insanın duman səbəbindən öldüyü yazılsa da, hava təmizləndikdən sonra da ölümlər davam edib. Ölümlərin çoxu tənəffüs yolu infeksiyaları, hipoksiyadan və tüstüdən ağciyərdə yaranan infeksiyalar səbəbindən baş verib. 2004-cü ildə nəşr olunan araşdırmalar göstərir ki, ölənlərin sayı mövcud təxminlərdən xeyli çoxdur, təxminən 12 min.

12 min insanın öldüyü bu fəlakətdən sonra 1956-cı ildə Londonda Təmiz Hava Qanunu qəbul edilib. Bu qanunla havanın çirklənməsini azaldılıb. Ev sahiblərinə kömür əvəzinə fərqli alternativlərdən istifadə etmələri tövsiyə edilib.

"Evlərindən çıxanlar geri dönə bilmirdilər" - 12 min insanın həyatına son qoyan DUMAN FƏLAKƏTİ - FOTO"Evlərindən çıxanlar geri dönə bilmirdilər" - 12 min insanın həyatına son qoyan DUMAN FƏLAKƏTİ - FOTO"Evlərindən çıxanlar geri dönə bilmirdilər" - 12 min insanın həyatına son qoyan DUMAN FƏLAKƏTİ - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2241   Tarix: 10 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024