Ağır koronavirus xəstələrində ağciyərlər necə bərpa olunur?

Ağır koronavirus xəstələrində ağciyərlər necə bərpa olunur?Həkim-reabilitoloq Leonid Dyakov bildirib ki, koronavirusu ağır keçirən insanlar nəfəs cihazına qoşulduqdan sonra bir sıra problemlərlə qarşılaşır.

Mütəxəssis "Rossiyskaya qazeta"ya verdiyi müsahibədə ağciyər toxumasının təsirlənmiş hissəsinin funksiyalarını yerinə yetirə bilməyən birləşdirici toxuma ilə əvəz olunduğunu və bunun nəfəs çatışmazlığına səbəb ola biləcəyini qeyd edib. Dyakovun fikrincə, insanda uzun müddət təngənəfəslik, yorğunluq, halsızlıq, pis əhval-ruhiyyə, yuxu problemləri və iştahsızlıq ola bilər. Bundan əlavə, ağır koronavirus keçirən bir çox xəstədə depressiya və zehni problemlər meydana gəlir:

"Ancaq ağciyərlərin yaxşı bərpa olunmaq və tamamilə sağalmaq üçün kifayət qədər şansı var. Eyni zamanda bunun üçün insanların səy göstərmələri lazımdır. Xüsusilə nəfəs hərəkətləri olduqca effektiv təsirə malikdir. Bir insan çox zəifdirsə, məşqlər hətta uzanaraq da edilə bilər. Bu prosedurdakı əsas məqam yavaş ekshalasiyadır. Həm də təmiz havada gəzmək və yüngül titrəmə masajları etmək lazımdır".

Bununla birlikdə terapevt hər vəziyyətdə xəstəlikdən sonra reabilitasiya sisteminin olacağını söyləyib. Dyakov bərpa prosesinin öhdəsindən təkbaşına gəlməyin çətin olduğunu vurğulayıb. Bu baxımdan həkimlərə, xüsusən müalicəni təyin edəcək pulmonoloqa müraciət etməlisiniz. Həmçinin bərpaedici prosedurlara - fiziki terapiyaya, xüsusi gimnastikaya başlamaqda fayda var.

"Ağciyələrin bərpasına üzgüçülük kömək edir. Daha konkret məsləhət verə bilmərəm, çünki bir insana kömək edən üsul başqasına heç bir şəkildə təsir göstərə bilməz, reabilitasiya prosesi həmişə xəstənin yaşına, bədəninin xüsusiyyətlərinə, xəstəliyin gedişatına əsaslanaraq fərdi olur. Ağciyərləri tamamilə bərpa etmək qabiliyyəti də konkret vəziyyətdən asılıdır", - mütəxəssis bildirib.(publika)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 930   Tarix: 10 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723
.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs

21.08.2021 1128