Messidən daha bir REKORD

Messidən daha bir REKORD"Barselona" İspaniya La Liqasının 18-ci turu çərçivəsində "Qranada"ya 4:0 hesabı ilə qalib gəlib.
Kataloniya klubunun hücumçusu Lionel Messi bu oyunda tarixi uğura imza atıb.

Qarşılaşmada iki dəfə fərqlənən argentinalı futbolçu İspaniya çempionatında ardıcıl 15 mövsümdə azı 10 qol vurmağı bacaran ilk futbolçu olub.

Qeyd edək ki, 2005-ci ildən "Barselona"nın əsas komandasında forma geyinən Messinin klubla müqaviləsi cari mövsümün sonunda başa çatır.(metbuat)


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 800   Tarix: 10 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş