Qan təzyiqi hər iki qolda ölçülsün: Qollarda fərqli nəticə nədən xəbər verir? - ARAŞDIRMA

Qan təzyiqi hər iki qolda ölçülsün: Qollarda fərqli nəticə nədən xəbər verir? - ARAŞDIRMAAlimlər qan təzyinin hər iki qolda ölçülməsini vacib hesab edirlər. Yuxarı təzyiq göstəricilərindəki qollar arasındakı fərq civə sütununun 10 millimetrini aşırsa, bu, infarkt,insult və erkən ölüm riskinin yüksək olduğunu göstərir.

BiG.AZ e-tibb.az-a istinadən bildirir ki, bu xəbərdarlıqla, Böyük Britaniyanın Exeter Universitetinin tibb məktəbindən olan alimlərin rəhbərlik etdiyi böyük beynəlxalq tədqiqatçılar qrupu çıxış edib. Tədqiqatın nəticələri ilə bağlı məqalə "Hypertension" jurnalında dərc edilib.

Müəlliflər bu mövzuda 24 qlobal araşdırmanın nəticələrini təhlil ediblər. Tədqiqatlarda ümumilikdə Avropa, ABŞ, Afrika və Asiyanın 53 mindən çox yetkin sakini iştirak edib.

Hesab olunur ki, sistolik (yuxarı) arterial təzyiq göstəricilərində iki qolda ölçüldükdə əldə edilən fərq nə qədər çox olarsa, ürək-damar sistemi üçün risklər bir o qədər yüksəkdir. Bu fərq hər tərəfdən arteriyaların daralmasının dərəcəsini və müvafiq olaraq aterosklerozun inkişaf səviyyəsini əks etdirə bilər.

Tədqiqatçıların təyin etdikləri kimi, iki qolda sistolik təzyiq göstəriciləri civə sütununun 10 millimetrindən çox fərqlənməməlidir. Fərq daha böyükdürsə, infarkt, insult , stenokardiya və vaxtından əvvəl ölüm riski artır.

Tibb mütəxəssisləri üçün olan eynəlxalq təlimatlarda xəstələrin ardıcıl hər iki qolda da təzyiqini ölçmək müayinədə bir tövsiyə kimi daxil edilib. Qeyd olunub ki, lakin bu təlimata az riayət edilir və müəlliflər bunun çox yanlış olduğunu qeyd edib. Çünki belə bir sadə üsul ürək problemləri və qan damarlarının yüksək risk zonasında olanları müəyyən etməyə imkan verir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2036   Tarix: 09 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?. Məsələ ilə bağl

20.03.2024 1077
.

Çayı əsla belə içməyin - ciddi xəstəliklər yaradır

Çox isti çay və ya hər hansı isti içki ağız, boğaz və həzm sisteminə ciddi şəkildə zərər verə bilər. BİG.AZ -a istinadən bildirir ki, mütəxəssislər bununla bağlı xəbərdarlıq edib. Bildirilir ki, içkilər 65 dərəcədən yuxarı istilikdə içildikdə qida borusunda yanma və qıcıqlanmaya səbəb olan ezofagit xəstəliyinə

18.02.2024 1684
.

Masaj xidməti faydaları

Masajın rahatladıcı və sağlamlıq üçün faydalı təsirləri ilə hər kəsə məlumdur. Gündəlik həyatın stress və gərginliyindən bir anlıq xilas olmaq istəyirsinizsə, peşəkar bir masaj xidməti tam sizin üçündür. Masaj sayəsində sizə ən uyğun masaj xidməti asanlıqla tapa bilərsiniz. İmmunitetinizi qaldırmaq v

24.03.2024 456
.

Cücərmiş kartofu atmayın - Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Məlum olub ki, atılan bu kartoflar o qədər faydalı olublar ki, sözün əsl mənasında çəkisi qızıla bərabərdir. Bu üsulu öyrəndikdə

24.03.2024 1084
.

Orqanizmi qripdən qoruyan zülal kəşf edildi

Alimlər COVID-19, qrip və digər viruslardan qoruya bilən zülal kəşf ediblər. xarici mətbuata istinadən xəbər verir ki, AGO4 zülalı nadir antiinflamatuar xüsusiyyətlərə malikdir. Tədqiqatçılar zərərli mikroorqanizmlərə qarşı ən böyük həssaslıq unikal protein çatışmazlığı olan hüceyrələrdə müşahidə olunur

31.12.2023 974
.

İnfarktı bir ay öncədən bilmək olur

Bəzi əlamətlər infarktı 1 ay əvvəldən müəyyən etməyə imkan verir. xəbər verir ki, sinə ağrısı, sinə içində ağırlıq və ürək döyüntüsünün artması infarktdan bir ay əvvəl baş verə biləcək ümumi simptomlardır. Bədəniniz ürəyə qan və oksigen axınının azalması ilə mübarizə apardıqca bu simptomlar inkişaf edir

20.03.2024 869
.

Rənglər sağlamlığınızın qeydinə qalır

Yeməklərdəki rəngarənglik iştahanı artırır. Elə buna görə də aşpazlar yemək hazırlayarkən daha çox tərəvəzdən istifadə etməyə çalışırlar. Axşam.az xəbər verir ki, tərəvəzlərdəki rəngarənglik sağlamlığa da xeyirlidir. Bənövşəyi. Bu rəngdə olan tərəvəzlər sinir sisteminin sağlamlığı üçün yaxşıdır. Bu rən

30.03.2024 396
.

Bu halda su içmək ziyandır

Daha sağlam və fit bir bədənə sahib olmaq üçün görülməli olan əsas işlərdən biri də su içməkdir. Bəzi insanlar su içməyi sevərkən, bəziləri günlərlə su içməyə bilər. Su içməmək orqanizm üçün ən zərərli vərdişlər sırasındadır. Bununla belə, düzgün vaxtlarda su içmək lazımdır. Yanlış vaxtda su içmək sağlamlığınız

16.02.2024 1239
.

Xərçəng xəstəliyi riskini ən çox artıran qida açıqlanıb

Qırmızı ətin normadan artıq istehlakı bağırsaq və prostat vəzi xərçəngi xəstəliyinə tutulmaq riskini artırır. "Report" xəbər verir ki, belə bir xəbərdarlıqla Türkiyənin tanınmış onkoloqu Nilüfər Avcı çıxış edib. Mütəxəssis qeyd edib ki, xərçəng dünyada ən çox insan ölümünə səbəb olan xəstəliklərdəndir

28.01.2024 2031